Icma.az
close
up
RU
Belə çıxır ki, 200 ildən artıq gözləməliyik ki, AQTA bu məsələləri həll etsin Eyyub Hüseynov

Belə çıxır ki, 200 ildən artıq gözləməliyik ki, AQTA bu məsələləri həll etsin Eyyub Hüseynov

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qida Təhlükəsizliyi Agentliyi yaranandan küçə kəsimlərini ləğv etmək istəyir. Bu işdə çox mühüm məsuliyyətlərdən biri icra hakimiyyəti orqanlarının və polislərin üzərinə düşür".

Bu fikirləri Redaktor.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov küçə kəsimləri ilə bağlı danışarkən bildirdi.

"Lakin bazarın klassik aksiomu işləyir. İnsanlar gördükləri əti almaq istəyirlər, buna görə də küçə kəsimləri davam edir. Bazarın aksiomuna qarşı mübarizə aparmaq o qədər də asan deyil. Bəs bunun qarşısını almaq üçün neynəmək lazımdır? Bunun qarşısını almaq üçün AQTA istehlakçıları öz işlərinə inandırmalıdır. İnsanlar AQTA-nın verdiyi sənədlərə inanmalıdır".

E.Hüseynov qeyd etdi ki, Sovet hökumətinin vaxtından əhali qəssabların yalançı möhürlərini görüblər, yalançı baytar xidmətini görüblər.

"Buna görə də ətalət qanunu üzrə gördükləri malı almaq istəyirlər. Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, ölkənin əmtəə bazarında satılan bütün mallar, o cümlədən ətlər bükülməlidir, yararlılıq tarixi, hansı firmada istehsal olunduğu göstərilməlidir. 4 il bundan əvvəl mən AQTA İctimai Şuranın üzvü olan zaman bu məsələləri dəfələrlə qaldırdım və AQTA-nın o vaxtkı sədr müavini Rəşad Mafusov mənimlə görüşdü. Tənqidimi azaltmağımı xahiş etdi. O dedi ki, 2 ilə heyvanların identifikasiyası işini həyata keçirəcəyik və izləmə aparılacaq və heç kim qanunsuz kəsim apara bilməyəcək. Lakin heyvanların identifikasiya məsələsi 1% belə yerinə yetirilməyib. Belə çıxır ki, 200 ildən artıq gözləməliyik, bu məsələlər həll olunsun. AQTA-nın, icra hakimiyyəti orqanlarının effektsiz bir işidir. AQTA elə bir iş aparmalıdır ki, insanlar ona inansınlar və küçə kəsimindən əl çəksinlər. AQTA KİV və əhali ilə effektiv işləyə bilmir və özünə inandırmağı bacarmır", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 May 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri