Icma.az
close
up
RU
Əgər AQTA əhalinin inamını qazanarsa, heç kəs gedib küçədən ət almaz Eyyub Hüseynov

Əgər AQTA əhalinin inamını qazanarsa, heç kəs gedib küçədən ət almaz Eyyub Hüseynov

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən “Xəyal” bazarı və bazarətrafı qida obyektlərində keçirdiyi yoxlama zamanı bazarda ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədən, temperatur rejiminə əməl olunmadan, açıq və antisanitar şəraitdə satışa çıxarıldığı məlum olub. Eləcə də qanunsuz heyvan kəsimi məntəqəsinin fəaliyyət göstərdiyi müəyyən edilib.

Belə qanunsuz kəsimlərin tam aradan qaldırılması üçün hansı addımlar atılmalıdır ki, bu kimi hallar artıq yaşanmasın?

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Redaktor.az-a açıqlamasında vurğuladı ki, belə halların qarşısını almaq üçün əhalinin ciddi maarifləndirilməsi lazımdır:

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi elə iş aparmalıdır ki, bütün əhali, bütün istehlakçılar onun lobbiçisinə çevrilsin. AQTA kütləvi informasiya vasitələrində çox ciddi iş aparmalıdır. KİV ilə elə bir iş aparılmalıdır ki, insanların şüurunda sağlam qidalanma, küçədən mal almamaq, bir problem gördükdə AQTA-ya xəbər vermələri barədə müəyyən fikir formalaşsın. İstehsal müəssisələri və yaxud satışla, qida ilə məşğul olan istənilən şəxs bilməlidir ki, qida zəncirinin hər hansı həlqəsində bu işlə məşğul olan insan mütləq AQTA-da qeydiyyatdan keçməlidir və AQTA onlara nəzarət etməli, məsləhətlər verməlidir".

Ekspert təəssüflə bildirdi ki, AQTA hələ bu hədəflərə də çatmayıb.

"AQTA elə bir iş aparmalıdır ki, biznes qurumları əlavə xərclərə qətiyyən düşməsinlər və AQTA ilə dostluq şəraitində çalışsınlar. Əgər AQTA əhalinin inamını qazanarsa, heç kəs gedib küçədən ət almaz, küçə kəsimləri yox olar, bu cür antisanitar yerlərdə heyvan kəsimi, ət kəsimi, satışı baş verməz. Hökumətin istehlakçı siyasəti mükəmməl olmalıdır. Hökumətin istehlakçı siyasəti bərbad gündədir. 1995-ci ildə qanun qəbul olunub, həyat inkişaf edib, bazar inkişaf edib, qanun köhnəlib. Hökumət birtərəfli siyasət yeridir. Biznes qurumlarına toxunmaq olmaz, dəymək olmaz, onlar inkişaf etməlidir - bu yaxşıdır, biz də tərəfdarıyıq ki, biznes qurumundan heç kəs rüşvət almasın, çünki verilən rüşvətlər də birmənalı şəkildə son nəticədə istehlakçılardan alınır. Lakin bu o demək deyil ki, biznes qurumları digər qanunları, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunu ayaq altına almalıdırlar. Bu məsələlər həll olunmalıdır", - deyə Eyyub Hüseynov yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Yanvar 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri