Icma.az
close
up
RU
“Şadlıq evləri ilə müqavilə imzalanmayana kimi belə olacaq” Eyyub Hüseynov

“Şadlıq evləri ilə müqavilə imzalanmayana kimi belə olacaq” Eyyub Hüseynov

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan toylarının keçirildiyi şadlıq evlərinin menyüsündə toy edən şəxsə 10-15 adda yemək təklif olunur. Toy günü yeməklərin hamısı masaya qoyulsa da, qonaqların əksəriyyəti onların çoxundan dadmamış gedir. Toy sahibinin isə başı məclisə, qonaqlara qarışdığından evinə ac yollanır.

Şadlıq evlərinin hər birində isə Azərbaycan adət-ənənəsinə uyğun olaraq toy sahiblərinə evinə aparmaq üçün masaya qoyulan yeməklərdən kiçik bir pay qoyurlar. Halbuki toy sahibinin süfrədən qalan bütün yeməkləri evinə apara bilmək səlahiyyəti var.

Bəs, belə olan halda toylarda süfrədən qalan yeməkləri, içkiləri toy sahibinin evinə apara bilməməsinə nə mane olur? Bu sahədə boşluqlar nədir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, toy sahibinin məclisindən qalan bütün yeməkləri evinə aparmağa ixtiyarı var:

“Lakin şadlıq evi ilə müqavilə bağlamadığından ofisiantlar məclis başa çatmamış qalan bütün yeməkləri masalardan yığışdırırlar, heç nə qalmır. Toy sahibinin başı məclisinə qarışır, bir də axırda yadına düşür ki, skeleti qalıb. Verilən pula da kassa çeki verilmir. Bu sahədə də ciddi problem yaşanır. Nə qədər ki, toy sahibi ilə şadlıq evinin arasında müqavilə yoxdur, aldatmalar davam edəcək. Bu, istehlaçkıların hüquqlarının pozulması kimi qiymətləndirilə bilər”.
Eyyub Hüseynovun sözlərinə görə, bu məsələ ilə bağlı dəfələrlə ona müraciətlər edilib:

“Burada ciddi məsələ odur ki, toyxanalarda xidmət sahəsində tələb təklifi üstələyib, əhali toy etmək üçün növbəyə durub. Dəfələrlə demişəm, yenə də təkrarlayıram, bu gün nənələr, babalar nəvəsinin başını tumarlayanda “səni universitetdə oxuyan görəydim” deyil, “toyunu görəydim” deyirlər. Nə qədər insanların beyinlərində bu düşüncə var, bu, belə də davam edəcək”.

Sədr deyir ki, vəziyyətdən çıxmaq üçün alternativ yollar var:

“Müasir çadır toyları olmalıdır, ayaqyolusu, suyu ilə birlikdə. Şadlıq evlərinin bütün şəraiti həmin çadır evlərinə təklif oluna bilər. Tələb təklifi üstələyən kimi ortaya keyfiyyətsiz xidmət çıxır. Ona görə də Nazirlər Kabinetinin qərarı olmalıdır, toy edənlə xidmət göstərən arasında müqavilə imzalanmalıdır. Həmin müqavilədə şərtlər göstərilməlidir. Nə qədər ki, ortada belə bir sənəd yoxdur, heç kəs evinə yemək apara bilməyəcək”.

Eyyub Hüseynov hesab edir ki, əslində, şadlıq evlərində bütün xidmət ona hesablanıb ki, toya gələn qonaqlar şadlıq evlərindən tez rədd olub getsinlər:
“Həddən artıq musiqi səsləri, masaların dərhal yığışdırılması da ona hesablanıb. Bu sahədə böyük problemlər var. İqtisadiyyat Nazirliyinin tərkibində olan Antiinhisar və Bazara Nəzarət Dövlət Xidməti 3 ay öncə Prezidentin fərmanı ilə Prezident Administrasiyasına tabe olan quruma çevrildi. Prezident Yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyi oldu, Elnur Bağırov da ora rəis təyin edilib. Biz Elnur Bağırovdan bu kimi məsələlərin həllini gözləyirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Aprel 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri