Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

“Belə davam etsəydim, karyeramı başa vura bilərdim”

“Belə davam etsəydim, karyeramı başa vura bilərdim”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qəbələ” Misli Premyer Liqasının VI turunda “Neftçi”yə uduzub – 0:3.

Matçdan sonra “qırmızı-qaralar”ın yeni transferi Elvin Camalov jurnalistlərin suallarını cavablandırdı:

– Yeni komandanızda debütünüz sabiq klubunuz “Neftçi”yə qarşı oldu…
– Mənim üçün önəmli qarşılaşma idi. Çünki son dövrlər oyun praktikam xeyli azalmışdı. “Neftçi”də az şans qazanırdım, məhz bu səbəbdən də ayrılmaq qərarına gəldim. Əlbəttə ki, oradan getmək mənim üçün üzücü idi. “Neftçi”yə, azarkeşlərinə və bütün kollektivə böyük hörmətim var. Sadəcə, karyeramın elə bir mərhələsindəyəm ki, oynamasam, bu, geriyə doğru uçuruma yuvarlanmağa bərabər olar. Əgər ehtiyatda qalaraq daha bir il də belə davam etsəydim, karyeramı başa vura bilərdim. və yaxud təkliflər az gələcəkdi. Buna görə də bu addımı atdım. “Neftçi”yə gələcək oyunlarda uğurlar arzulayıram, qələbə münasibətilə də onları təbrik edirəm.

– “Qəbələ” akademiyasının yetirməsisiniz, uzun illər burada çıxış etmisiniz. Qayıdışınız necə alındı? Sizi hansı şərtlə razı sala bildilər?
– “Qəbələ” mənə heç də yad komanda deyil, əksinə, doğmadır, futbola başladığım yerdir. Bu klubun karyeramda çox xüsusi yeri var, buna görə də bura qayıtmağı özümə borc bildim. Ümumilikdə yaxşı mübarizə apardıq, pis oyun sərgiləmədik. Sadəcə, “Neftçi” elə rəqibdir ki, yaranan fürsətlərdən maksimum yararlanmaq lazımdır. Təəssüf ki, biz şanslarımızdan istifadə edə bilmədik, rəqib isə keyfiyyətli oyunçularının sayəsində imkanlarını qola çevirdi. Matçın sonunda komandamızda müəyyən yorğunluq özünü büruzə verdi və məğlub olduq. Ancaq dayanmaq olmaz, üzərimizdə işləməliyik. “Qəbələ” əsasən gənclərdən qurulmuş kollektivdir. İnanıram ki, baş məşqçimizin rəhbərliyi altında bir-birimizi daha yaxından tanıyaraq qarşıdakı turlarda uğurlu nəticələr əldə edəcəyik.

– “Qəbələ”yə keçidiniz qısa müddətdə reallaşdı, yoxsa bu qərarı vermək üçün müəyyən müddət düşündünüz?
– Qeyd etdiyim kimi, əsas səbəb “Neftçi”də az oyun şansı əldə etməyim idi. Digər tərəfdən, “Qəbələ” rəhbərliyi və məşqçilər korpusu hər zaman məni komandada görmək istəyib. Hətta sabiq baş məşqçi Kaxaber Sxadadzenin vaxtında da kluba qayıtmağıma isti yanaşırdılar. Qarşımda iki real variant var idi və mən seçimimi “Qəbələ”dən yana etdim. Düşündüm ki, burada daha çox oynamaq imkanı qazanacağam. Şükürlər olsun ki, komandaya qoşulan kimi birbaşa əsas “11-lik”də yer aldım. Ümid edirəm ki, göstərilən etimadı qarşıdakı oyunlarda tam şəkildə doğruldacağam.

– “Neftçi”də keçirdiyiniz bir il yarımı necə qiymətləndirərdiniz? Daha çox ehtiyat skamyasında əyləşdiyinizi nəzərə alsaq, bu transferi karyeranızda verilmiş yanlış qərar saymaq olar?
– Qətiyyən səhv qərar hesab etmirəm. “Neftçi”yə transfer olarkən bu klubun nə qədər böyük olduğunu və azarkeş potensialını çox yaxşı bilirdim. Həqiqətən də həm yaxşı, həm də çətin günlərimdə mənə hər zaman dəstək olublar. “Neftçi” kimi klubun formasını geyinmək hər bir futbolçunun arzusudur və mən də bu arzumu həyata keçirdiyim üçün qürur duyuram. Oraya getməyimi karyeramın mənfi nöqtəsi kimi qələmə verməzdim.

Bəli, istədiyim qədər oynaya bilmədim. Orada əsas heyətə düşmək uğrunda mübarizədə limit amili və yaş faktoru da müəyyən rol oynayırdı. Lakin məşqlərdə hər zaman maksimum gücümü qoyur, nizam-intizama riayət edirdim. Klub rəhbərliyi və çalışdırıcılar da bunu təsdiqləyə bilərlər. Rəhbərliyin məni göndərmək kimi bir niyyəti yox idi, onlarla söhbətimizdə də vurğuladılar ki, məni məcbur yola salmırlar. Sadəcə, bu, mənim şəxsi seçimim idi və qərarıma hörmətlə yanaşdılar.

– İlk transfer olduğunuz zamanlar “Neftçi”nin ən stabil oyunçularından biri idiniz, lakin sonradan kölgədə qaldınız. Bu dönüş nöqtəsi necə baş verdi?
– Doğrudur, həmin vaxt məhz Samir Abbasovun şəxsi istəyi ilə komandaya qoşulmuşdum. Lakin “Neftçi” hər zaman çempionluq uğrunda mübarizə apardığı üçün orada güclü rəqabətin olacağını əvvəlcədən bilirdim. İlk yarım mövsümdə mütəmadi oynadım, çünki o zaman yerli oyunçu limiti hələ qüvvədə idi. Daha sonra limit ləğv olundu və mövqeyimə başqa futbolçular transfer edildi. Təəssüf ki, həmin mərhələdə yeni gələnlərə daha çox güvəndilər, mənim potensialımı isə lazımi səviyyədə dəyərləndirmədilər. Buna baxmayaraq, heç kimlə problemim olmayıb, sadəcə, oyun baxımından az şans qazandığım üçün bu qərarı verdim.

– Ötən yay transfer pəncərəsində də təkliflərinizin çox olduğunu bilirik. Yetirməsi olduğunuz “Qəbələ”yə keçərkən maliyyə şərtləri baxımından müəyyən güzəştlərə getdiniz?
– Bəli, yayda da müxtəlif variantlarım var idi və əslində “Neftçi”də qalmağı çox istəyirdim. Klub da buna müsbət yanaşırdı. Hətta özləri də təsdiqləyə bilər ki, məni buraxmaq istəmirdilər. Amma sağ olsunlar, ayrılmaq qərarımda da məni anladılar. “Qəbələ”yə keçid mərhələsində sırf oynamaq, futbol həyəcanını yenidən yaşamaq üçün maddi baxımdan müəyyən güzəştlərə getməli oldum. Çünki futbolçu üçün əsas amil pula deyil, yaşıl meydanda olmağa bağlıdır. Bu gün məğlub olsaq belə, əsas odur ki, oynadım və oyun praktikası qazandım.

Oynamayanda insan unudulur. Mən düşündüm ki, əgər bu mövsümü də ehtiyatda keçirsəm, tamamilə kənarda qalacağam. Məhz buna görə də mütəmadi oynaya biləcəyim kluba gəldim ki, həm göz önündə olum, həm də milli komandaya namizədlər sırasına daxil ola bilim.

– Yeri gəlmişkən, Millətlər Liqası üçün Azərbaycan millisinin heyəti açıqlanan zaman təəssüf hissi keçirdinizmi? Yəni “kaş ki, “Qəbələ”yə bir qədər daha tez qayıdardım” fikri ağlınızdan keçdimi?
– Əlbəttə, bunu düşünürdüm. Əgər bu keçidi bir neçə oyun daha tez reallaşdıra bilsəydim, inanıram ki, indi milli komandanın heyətində olardım. Çünki yığmanın şərəfini qorumağı hər bir azərbaycanlı futbolçu kimi mən də çox istəyirəm. İnşallah, qarşıdakı oyunlarda göstərəcəyim performansla yenidən milli komandaya dəvət olunaram.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 19 Sentyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see591

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see530

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see399

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see311

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see273

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see267

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see264

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see261

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see252

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see244

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see236

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see221

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see212

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see209

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see207

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see202

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see198

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see193

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see192

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri