Icma.az
close
up
RU
Belə getsə dilimiz başqa dillərin əsarəti altına düşəcək MÜSAHİBƏ

Belə getsə dilimiz başqa dillərin əsarəti altına düşəcək MÜSAHİBƏ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, yazıçı Firudin Qurbansoyun SİA-ya müsahibəsini təqdim edirik:

- Cəmiyyətimizin müxtəlif təbəqələrində Azərbaycan dilindən istifadə səviyyəsi sizi qane edirmi?

- Əlbəttə ki, yox. Xüsusilə maddi imkanları çox olan insanlar, demək olar ki, dilimizi bilmirlər. Övladlarını ana dilində oxutdurmurlar. Kəndlərimiz boşalıb, orada tək-tük insanlar yaşayır ki, onlar da dialekt səslərdən istifadə edirlər. Məsələn: "Ç” səsindən. Bu ədəbi dilimizdə yoxdur.

- Medialarda, xüsusilə də sosial şəbəkələrdə dilin düzgün istifadə olunmaması ana dilimizə necə təsir edir?

- Dilimizi gözəl bilən adamlar çıxış eləsinlər. Dilimizi bilməyənlər çox bərbad vəziyyətdə danışırlar. Sözün açığı, radiolara qulaq asa bilmirəm. Ana dilimizə heç təsir də eləmir, sadəcə həmin adamlar məhəbbət qazanmırlar. Sanki hansı kanal daha çox dilimizi təhrif edər deyə yarış var. Bir film qarşıma çıxdı, dublaj olunmuşdu. Bir söz məni əsəbləşdirdi. Deyir ki, "pasportum çezdi”. Ümumiyyətlə dublaj filmlərinin çoxunda dilin frazeologiyası düzgün istifadə olunmur. Necə gəldi tərcümə edirlər, ondansa etməsələr daha yaxşı olar.

- Gənclər arasında dilin qarışıq formalarının (rus və ingilis sözlərinin istifadəsi) artması ilə bağlı nə düşünürsünüz?

- Gənclik, cavanlıq-cahillikdir. Yaşlaşmaq, təcrübə qazanmaq-aqillikdir. Ona görə də cavanlar ümumi sferadan fərqlənmək üçün belə danışırlar. Bu mühit boz mühitdir. Sözlərlə yanaşı avazı da götürürlər. Mən dərs dediyim tələbələrimə də bunu təlqin edirəm ki, öz dilinizdə mükəmməl danışmağı öyrənin. Əcnəbi sözlərdən yayının. Rus dilində bilmirlər amma sözlər istifadə edirlər. Cavanlara imkan daxilində başa salmaq lazımdır ki, bu ifadənin Azərbaycan dilində də qarşılığı var.

- Əcnəbi dillərin təsiri fonunda Azərbaycan dili öz mövqeyini necə qoruya bilər?

- Birinci növbədə reklamlara ciddi fikir vermək lazımdır. Biz bu vaxta kimi bərbər demişik, indi “barber” yazırlar. Əsl sözlərimizi çıxardıb, məcbur həmin sözləri qoyurlar. Bizim dilimiz daha zəngindir, onu qorumaq lazımdır. Ziyalılarımız da bu barədə az danışırlar amma məkan yoxdur ki, öz etirazlarını bildirsinlər. Öz dilinə hörmət edən, mütləq öz dilində də danışmalıdır. Belə getsə dilimiz başqa dillərin əsarəti altına düşəcək.

- Ana dilimizin qorunması istiqamətində təhsil sistemində hansı dəyişikliklər olmalıdır?

- Mənə elə gəlir ki, ciddi dəyişikliklərə ehtiyac yoxdur. Müəllimlər öz dilimizi yaxşı bilsə yaxşıdır. ”Ritorika”-danışıq elminə deyirlər, sonra dəyişilib oldu “nitq mədəniyyəti”. Sonra dedilər bir az da təkmilləşdirək, qoydular “Azərbaycan dili və nitq mədəniyyəti". Sonra isə “Azərbaycan dilinin işgüzar və akademik kommunikasiyası”. Təhsil Nazirliyindən bu işə xüsusi diqqət ayrılmalıdır.

- Filoloqlar və dilçilər bu sahədə daha aktiv rol oynaya bilərlərmi?

- Dilimizdə unudulmaqda olan sözlərə təzə can vermək lazımdır. Az işlənən və işlənməyən sözləri imkan daxilində xilas eləmək lazımdır. Mən fikir verirəm ki, əsasən aparıcıların leksikonunda çox az söz var. Sinonim, antonimlər ümumən işlənmir. Filoloqlar da öz gözəl nitqləri ilə efirdə çıxış eləməlidirlər.

- Uşaqlarda düzgün danışıq tərzi formalaşdırmaq üçün valideynlərə və müəllimlərə nə tövsiyə edirsiniz?

- Nümunə necədirsə, təsir də elə olacaq. Uşaqların düzgün danışması üçün valideyn düzgün danışmalıdır. Sonra isə məktəbdə öyrənirlər. Xüsusən tarix və ədəbiyyat fənnindən dərs deyən müəllimlərin nitqində olan qüsurları uşaqlar təkrar edirlər. Cümlələr arasında vergül qoymurlar, intonasiya yox olur. Bu naqislikdən uzaq olsunlar.

Müəllif: Fatimə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Avqust 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri