Icma.az
close
up
RU
“BELƏ GETSƏ, HƏR İL VERGİLƏR, RÜSUMLAR, CƏRİMƏLƏR ARTACAQ” “Avropa Birliyinin əksər ölkələri bu səhv yolla getdilər və...”

“BELƏ GETSƏ, HƏR İL VERGİLƏR, RÜSUMLAR, CƏRİMƏLƏR ARTACAQ” “Avropa Birliyinin əksər ölkələri bu səhv yolla getdilər və...”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Natiq Cəfərli: “Bu yanlış, iqtisadi aktivliyi məhv edən yoldan geri dönün”

İqtisadçı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli hesab edir ki, qarşıda Azərbaycanı vergi və qiymət artımları gözləyir.

“AzPolitika” xəbər verir ki. N.Cəfərli öz sosial şəbəkə hesabındakı paylaşımında hökuməti bu istiqamətdə fəaliyyətinin tənqid edərək, verilən qərarların ölkə iqtisadiyyatını getdikcə daha çox daraldacağını qeyd edib.

N.Cəfərli Avropa Birliyinin əksər ölkələrinin bu səhv yolla getdiyini və indi iqtisadi dalana dirəndiyini qeyd edib: Ciddi müzakirələr, islahatlar, işlək qərarlar, kiçik-orta sahibkarlara dəstək olacaq vergi-gömrük endirimləri olmasa, gələn ildən başlayaraq hər il, bir daha qeyd edirəm, hər il, ölkədə vergilər, rüsumlar, cərimələr artacaq. Azalan büdcə gəlirlərini vətəndaşlardan təmin ediləcək vəsaitlə qapatmağa çalışacaqlar. Bunun üzərinə mütləq artacaq kommunal qiymətlərini, nəqliyyat xərclərini də gəlin – o zaman vətəndaş üçün daha ağır günlərin olacağını indidən demək olar.

Vergi-rüsum-cərimə dövlətin tək səlahiyyəti deyil, həm də məsuliyyətidir. Ola bilməz ki, dövlət bu səlahiyyətini tam gücü ilə işə salsın, amma, yaranan məsuliyyəti, hesabatlılığı, vətəndaşa xidməti gözardı etsin. Bu, sonda mütləq “ictimai sazişin” pozulmasına gətirib çıxarır.

Hökumət bir ciddi səhv edir, elə bilir ki, vergi-rüsum-cərimə ancaq büdcəni doldurmaq üçün lazımdır. Səhvdir, büdcə insanlara xidmət üçün toplanılır və xərclənilir.

İstənilən ölkədə vətəndaşın vergi-rüsum-cərimə yükü azalanda, mütləq və mütləq onun xərci artır. Xərcləri artanda (daha çox ərzaq, paltar, ev əşyası, maşın, mənzil alır və s.) bu iqtisadiyyata daha çox xeyir verir, yeni iş yerləri yaranır, dövriyyə artır, ÜDM yüksəlir, rifah halı yaxşılaşır. Vətəndaşdan daha çox vergi-rüsum-cərimə alanda nə baş verir? Bəli, o məcburən xərclərini azaldır, daha az istehlak edir, nəticədə iqtisadi aktivlik daralır, ÜDM azalır.

İqtisadiyyat daraldıqca hökumətlər panikaya düşüb yenidən vergi-rüsum-cərimələri artırır, beləliklə də, ÜDM-in azalmasına, iqtisadi aktivliyin daha da zəifləməsinə səbəb olur. Son 20 ildə Avropa Birliyinin əksər ölkələri bu səhv yolla getdilər, indi iqtisadi dalana dirəniblər. İstehlakın azadılmasını böyük uğur, əsas hədəf kimi götürən “sol-qlobalist” və ağılsız nəzəriyyələr ölkələrə ziyan vurdu, vurmaqda da davam edir.

Etməyin, sizə iqtisadiyyatın əlifbasını yazdım, diqqətlə oxuyun, bu yanlış, iqtisadi aktivliyi məhv edən yoldan geri dönün, sonra, yəni “ictimai saziş” pozulanda anlasanız gec ola bilər, indidən 3 addım önünüzü görməyi bacarın...”

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Noyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see240

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see231

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see225

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see221

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see212

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see192

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see156

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see152

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see148

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see145

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see140

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see139

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see136

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see133

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see133

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see131

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see130

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri