Icma.az
close
up
RU
Belə insanlar kifayət qədər günəş şüası almayan insanlardır ŞƏRH EDİLDİ

Belə insanlar kifayət qədər günəş şüası almayan insanlardır ŞƏRH EDİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Vitamin D orqanizm üçün çox önəmli maddədir". Bu sözləri SİA-ya açıqlamasında həkim-dietoloq Ləman Süleymanova deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, vitamin D çatışmazlığı nəticəsində ətraf mühitin infeksiyasına qarşı orqanizm müdafiəsiz olur: "Çünki insan orqanizmində Allah tərəfindən belə bir sistem qurulur ki, D vitamini bizi ətraf mühitin infeksiyasından qoruyur, gün ərzində energetik olmağımıza səbəb olur. Qidaların tərkibindəki D vitamini ilə zəngin olan maddələr insan orqanizminə daxil olmalıdır. Amma biz D vitaminini təbii günəş şüasından alırıq. Buna görə də, hər zaman valideynlərə, hamilələrə, uşaqdan böyüyə qədər hamıya məsləhət görürük ki, isti fəsillərdə günəş şüasının tərkibindəki vitamin D aktivləşir və insan mümkün qədər bundan faydalanmalıdır.

Dərimizin altında xüsusi maddə var. Həmin maddə günəş şüası ilə reaksiyaya girir və günəş bizə öz şüası ilə dəri altındakı maddəyə sistem ötürür. Həmin maddə bizim bütün immunitetimizi aktivləşdirir. Biz nəticədə sağlam oluruq, sağlam qidalanırıq. Amma təəssüflər olsun ki, vitamin D çatışmazlığında insanda problemlər olur. Bəzən pasiyent qan analizi testindən keçir. Qanda vitamin D yoxlanılır. 20-dən aşağı olanda pasiyentə məsləhət görürük ki, süni yolla D vitamini qəbul etsin. Çünki bu, bizim vitamin D-yə olan tələbatımızı süni yolla təmin edir. Belə insanlar kifayət qədər günəş şüası almayan insanlardır".

"Bəzən deyirlər ki, kifayət qədər günəşin altında oluruq, nə üçün vitamin D çatışmazlığı olur? Buna da aydınlıq gətirmək istəyirəm. Çünki insan digər fəsillərdə süni yolla vitamin D almayıbsa, düzgün qidalanmayıbsa, günəşdən şüanı almağa kifayət qədər vasitəsi yoxdur. Ona görə, belə insanlara məsləhət görürük ki, payız və qış fəsillərində mümkün qədər vitamin D ilə zəngin qidalar və əgər aşağıdırsa, süni şəkildə qəbul etsinlər. Ona görə ki, yay fəslində onu günəş şüasından daha rahat mənimsəyə biləsiniz. Günəşin şüasını mənimsəyən vasitə olmalıdır ki, biz rahat şəkildə təbii yolla onu mənimsəyək. Vitamin D çatışmazlığı zamanı baş ağrıları, ürək bulanması, halsızlıq, uşaqlarda raxitlik olur. Məsləhət görürəm ki, vitamin D mütləq lazımdır. İlk növbədə vitamin D normal olan insanlar ətraf mühitin infeksiyasına qarşı tədbirli olurlar. Covid ərəfəsində vitamin D çatışmazlığı olan insanların hamısı Covidə yoluxdu" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Aprel 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri