“ Belə insanlar zaman keçdikcə daha da dəyərli olur”
Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əməkdar artist Nailə İslamzadə Xalq artisti Ofeliya Sənani ilə bağlı paylaşım edib.
OLAY yazır ki, o, 85 yaşı tamam olan O. Sənaninin ünvanına bu sözləri yazıb:
“Bu gün peşəkarlığı, səmimiliyi və illərin süzgəcindən keçmiş xüsusi ekran mədəniyyəti ilə tamaşaçıların ürəyində özünəməxsus yer qazanan dəyərli diktor həmkarım Ofeliya Sənaninin 85 yaşı tamam olur. O, illər keçsə də, nurunu, pozitiv enerjisini və həyat sevgisini qoruyub saxlayan nadir insanlardandır. Səsinin ahəngi, efirdəki zərif duruşu və insanlara olan isti münasibəti bir neçə nəslin yaddaşında gözəl xatirə kimi yaşayır. Ofeliya xanıma möhkəm can sağlığı, uzun ömür və hər zaman bu işıqlı təbəssümünü qorumağı arzulayıram. Belə insanlar zaman keçdikcə daha da dəyərli olur”.
Baxış sayı:84
Bu xəbər 26 May 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















