Icma.az
close
up
RU
“Belə qərarlar mənə də xoş deyil” Rəşad Sadıqov

“Belə qərarlar mənə də xoş deyil” Rəşad Sadıqov

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Zirə" – "Turan Tovuz" oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Olduqca gərgin oyun keçdi. Matçdan əvvəl də özümüzü buna hazırlayırdıq. Nə qədər hazırlaşsan da, prosesin içində olanda fərqli alınır. Bu mövsümün ən gərgin qarşılaşmalarından biri oldu. 60-70-ci dəqiqəyə qədər bərabər oyun keçdi. Sonrasında rəqib təzyiqi artırdı, hücuma atıldı. Şükürlər olsun ki, bu dəqiqələrdə qol buraxmadıq. Rəqib böyük qüvvə ilə irəli atılırdı. "Turan Tovuz"un standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Futbolçulara təşəkkür edirəm, layiqli mübarizə aparıb, finala çıxdılar.

– "Turan Tovuz"u bu gün standart vəziyyətlərdə zərərsizləşdirə bildiniz. Bunun sirri nədir?

– Sirri yoxdur. Çempionatda növbəti turda onlarla qarşılaşacağıq. Necə olacağını bilmirik. Bu dəfə alındı. İlk hissədə standart vəziyyətlərdə daha etibarlı oynadıq.

– Birinci matçdakı mübahisəli epizodlar bu gün sizdə və komandada təzyiq yaradırdı?


– Təbii ki, müəyyən təzyiq yaradır. Bəzən haqlı iradlar da olur. Əlbəttə, aşırı etirazlar da normaldır. Avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə gedir. Bu prosesdə həm hakimlər, həm də rəqib komandalar üzərində əlavə təzyiqlər formalaşa bilər. Epizodlara gəlincə, Hakimlər Komitəsi də təsdiqlədi ki, penaltidir. Biz də sonra baxanda düşündük ki, penaltidir. Ancaq 2-3 oyun əvvəl Yevlaxda eyni epizodun şərhinə demişdilər penalti deyil. Bundan sonra "Kəpəz" – "Qarabağ" oyunundakı mübahisəli epizoda dedilər ki, top və ayaq. Biz də qaydalara baxırıq. Amma bəzən eyni epizodlara fərqli şərhlər olur. Bilmirsən, nə danışasan. Bizim oyunda penaltidir, digər matçda sürtünmə. Soyuq başla baxanda biz də epizodları görürük. Bizim çempionatda eyni epizodlara fərqli şərhlər olub. Başımız qarışır. Çempionatda mübahisəli epizodlar aşırı dərəcədə çoxdur. Bəzən hakimləri də qınamaq olmur. Bizim oyunlarımızda da penaltilər olur, vermirlər. 50/50-yə epizodlar da var. Düşünürəm ki, bu gün həm "Zirə", həm "Turan Tovuz" finala layiq idi. İlk oyunda şanslarımızı dəyərləndirdik. Düzdür, rəqibin penaltisi verilsəydi, bəlkə fərqli olardı. Amma ümumi baxanda, hər iki oyunda başa-baş mübarizə getdi. Şükürlər olsun, biz daha şanslı olduq.

– Finaldakı rəqibiniz sabah bilinəcək. "Qarabağ"la bu mövsüm başa-baş oyunlarınız olub. "Sabah"dan isə daha təcrübəlisiniz. Hansı rəqib daha uyğun olar?


– Hansısa rəqibi arzulamaq olmur. İmkan olsa, heç biriylə oynamarıq. Həqiqətən, bir komandanın titul komandası böyükdür, yəni, "Qarabağ"ın. "Sabah" isə bu il çempionluğa çox yaxındır, ötən il kuboku qazanıb. Finala kim çıxsa, iddialı olacaq. Kimisə arzulamaq ürəyimdən keçmir. Xeyirlisi nədirsə, o olsun.

– Rəqib klubun rəhbəri Ehtiram Quliyevin ilk oyundan sonrakı açıqlaması sizə necə təsir etdi?


– Məyus oldum. Hakimləri mən də tənqid edərdim, haqlı görürəm. Səhv varsa, tənqid də normaldır. Lakin bəzi açıqlamalar var ki, məyus edir. Bilmirəm, bəlkə, aşırı dərəcədə emosional olub. Yəqin, bir az keçəndən sonra özü də məyusluq hissi keçirib.

– Qarşıda Tovuz səfəri var. Orda sizə qarşı təxribat çox olur. Səbəb nədir?


– Evimə gedirəm. Köhnə azarkeşlər də bilir ki, Tovuza ilk transferimdə üç ay oynamadım. Fuad Musayev o vaxt bildirdi ki, "Şəfa"da oynamalısan. Gənc, perspektivli oyunçusan. Lakin mən Tovuzda qalmaq istədim. Şəhəri, azarkeşləri çox sevdim. Üç ay sonra oynamağa başladım. Uğurlu karyeram da ordan başladı. Milliyə düşdüm, sonra "Neftçi"yə keçdim. O komandanın, şəhərin mənə etdiyi yaxşılıqları unuda bilmərəm. Azarkeşlərin şüarlarına gəlincə, araşdırma apardım və başa düşdüm ki, mənə niyə məyus olublar… "Şamaxı" – "Turan Tovuz" oyununda (0:0) 75-ci dəqiqədə penalti epizodu olub. Həmin vaxt matçı tribunadan izləyirdim. "Sky Box"a keçib, hər iki klubun rəhbərliyi ilə görüşdüm. Stadiona getməyimin səbəbi oyunu analiz etməkdir. Yanımda azarkeşlər var idi və bizim tribunada nə danışdığımı eşitmirlər. Deyirlər ki, mən penalti qərarına sevinmişəm. Amma həmin an hər iki tərəfə demişəm ki, penalti yoxdur. VAR-a baxılacaq, penalti qərarı geri götürüləcək. Lakin "Turan Tovuz"un azarkeşləri etiraz edirdi ki, Rəşad penaltiyə sevinib. Amma mən sevinməmişdim. Bilmirəm ki, kim onlara çatdırıb ki, Rəşad onların uğursuzluğuna sevinib. 26 il əvvəl "Turan"da oynamışam. Bir çox insan məni tovuzlu kimi tanıyır. Amma indi o azarkeşləri kim yanlış istiqamətləndiribsə, düz etməyib. Sevinsəydim, deyərdim ola bilər, tənqidləriniz normaldır. Amma mümkün deyil belə şey olsun. Hansısa rəqibin oyununda verilən hansısa qərara sevinmirəm. Heç kim deyə bilməz ki, Rəşad emosional reaksiya verib. Bu gün də etirazları gördüm. Yenə də haqqımı halal edirəm.

– Ola bilər ki, bu açıqlamadan sonra etirazlar səngisin?


– Buna görə etmirəm. Bilsinlər ki, mən həmişə "Turan Tovuz"u diqqətdə saxlamışam. Legionerlərlə ora səfərə gedəndə deyirəm ki, bura mənim evimdir. Öz karyeramla bağlı onlara danışmışam. İndi səslənən fikirlər məni məyus edir. Ola bilsin, yanlış anlaşılma var.

– "Qarabağ"ın bugünkü durumu ortadadır. Baş məşqçi Qurban Qurbanov da etiraf edir ki, yorğunluq var, futbolçuların fikirləri fərqli yerdədir. Siz də bu komandada olmusunuz. Situasiya ilə bağlı nə düşünürsünüz?


– Finala kim çıxsa, istəkli olacaq. Kubok üçün son addımdır. "Qarabağ"ın nəsə pis durumda olduğunu düşünmürük. Finalda çox məsələ həll olunacaq. Mən rəqib seçmirəm, xeyirlisi nədirsə, o olsun. Bu il "Sabah"la "Qarabağ" arasındakı oyunları böyük həvəslə gözləyirəm. Əvvəl "Neftçi" – "Qarabağ" duellərinə maraq böyük idi. İndi "Sabah" da bu sıraya qoşulub. Oyunların keyfiyyəti fərqli olur. Matça baxanda zövq alırsan. Sabahkı oyunu da azarkeş kimi səbirsizliklə gözləyirəm.

– Elvin Cəfərquliyev cəzalandırılıb. Düşünmürsünüz ki, futbolçular parlayan dönəmlərdə səhvlər edir. Sizcə, onlar üçün psixoloq lazımdır? Sanki "ulduz xəstəliyi"ndən əziyyət çəkirlər…


– Bilmirəm problem nədədir. Mən də gənc olmuşam. Düşünürəm ki, özümün də xətalarım olub. İndi kiminsə səhvləri haqda danışmaq istəmirəm. İstərdim ki, yerli futbolçular daha istəkli olsunlar. Potensialları var. Çempionlar Liqasında güclü rəqiblərə qarşı oynayıblar. Çalışıb, bu uğurları düzgün balanslarşdırmaq lazımdır. Mütləq şəkildə balansı qorumaq lazımdır.

– "Zirə"nin lehinə verilən yanlış qərarlar komanda haqda xoş olmayan fikirlər yaradır. Bu, sizə necə təsir edir?


– Səhv etmirəmsə, əsas etiraz "Turan Tovuz"la kubok oyununda olub. Bir də "Neftçi" ilə matçda. Bəli, hər üç epizod mübahisəyə açıqdır. "Neftçi" ilə oyundan sonra baxdım və düşündüm ki, ofsayd yoxdur. Lakin təkrarı izlədikdən sonra gördüm ki, Ruana görə qapıçı topu görmür. Biz də bildik ki, ofsayddır. Belə qərarlar mənə də xoş deyil. Hamı bilir ki, biz də uzun müddət hakimlikdən əziyyət çəkmişik. Azı 40 epizod göstərərəm ki, bizə qarşı olub. Bəlkə, həmin səhvlər bizi turnir cədvəlində fərqli yerə salıb. Səhv olub, etiraf edirəm. Amma xeyrimizə və əleyhimizə olan səhvlərə baxsaq, uçurum var. İstəmərəm ki, oyunlarımızda belə səhvlər olsun. Biləndə ki, "Neftçi" ilə oyundakı qol səhvdir, məyus oldum. 2-3 gün pis oldum. Həmin anın onlar üçün necə məyusedici olduğunu başa düşürəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://sport24.az
archiveBu xəbər 21 Aprel 2026 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see633

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see435

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see282

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see280

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see260

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see253

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see245

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see242

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see242

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see237

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see235

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see226

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see224

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see208

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see205

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see203

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see199

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see193

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see188

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri