Icma.az
close
up
RU
Rəşad Sadıqov: Beynimizdə belə fikir var

Rəşad Sadıqov: Beynimizdə belə fikir var

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Zirə" Misli Premyer Liqasının 13-cü turunda səfərdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Günorta saat 2, süni örtüklü meydança, günəşli hava... Yevlax şəhər stadionunun ot örtüyü yenidir. Meydançanın özünü tam tutması üçün 2-3 ay lazımdır. İlk hissədə meydanda daha çox mübarizə gedirdi. Sürətli oyunun şahidi ola bilmirdik. Rəqib çox yaxşı pressinq tətbiq edirdi. İkinci hissədə sürəti bir az artırdıq. İki qol vurub olduqca önəmli qələbə qazandıq.

- İkinci hissədə əvəzetmələrdən sonra oyunun sürəti artdı. Sizcə, dəyişikliklərin rolu oldu?

- Birinci hissədə rəqib çox gümrah idi. Demək olar ki, meydanda başımızı qaldırmağa imkan vermirdilər. Azər Bağırova qarşı oynamaq həmişə çətindir. Bu gün bunu bir daha hiss etdik. Brahim Konate ilə İssa Cibrilla start heyətində olsaydı, onların yerinə Ceyhunla İsmayıl oyuna girsəydi, eyni effekti verəcəkdi. Birinci hissədə hiss olunurdu ki, futbolçularda yorğunluq var. Bu da hava şəraiti və süni örtüklə bağlı idi. Sonradan meydana daxil olanlar oyunumuzu canlandırdılar.

- İssa Cibrillanı hücumun cinahında oynatmaq effektiv olar?

- Sınayacağıq. Beynimizdə belə fikir var. Sınayacağıq deyəndə ki, İssa bizim komandaya vinger kimi gəlmişdi. Sadəcə həmin periodda sol cinah müdafiəçisi kimi ehtiyacımız var idi. Bu gün bizim Enrike kimi sol cinah müdafiəçimiz var. Bu da İssanı digər mövqelərdə istifadə etməyə imkan verir.

- Leroy Mikelsi hansı mövqedə düşünürsünüz?

- Rəqabət olacaq. Mikels də universal futbolçudur. Təki hamı sağlam olsun. Hamıya oynamaq şansı olacaq.

- Ötən turdan sonra gileyləndiz ki, "Karvan-Yevlax" və "Kəpəz"ə qarşı Yevlaxda oynayacağıq. "Zirə"yə qarşı plan olduğunu düşünürsünüz?

- Yox, plan deyil. Qeyd etmişdim ki, hər hansı qayda qoymaq lazımdır. Sabah bizim də başımıza gələ bilər, meydançamız pis ola bilər. Komanda heç olmasa 2 dövrəni bir stadionda oynasa yaxşı olar, hamı ora səfərə gedər. Bəlkə də bu gün Qəbələdə oynasaydıq, məğlub olardıq. Amma oyun daha baxımlı keçərdi. Qəsdən edildiyini düşünmürəm. Sadəcə belə alınır. "İmişli" rəqiblərini Şamaxıda qəbul edirdi. Sonra biz onlarla Qubada pis vəziyyətdə olan meydançada oynadıq. "Turan Tovuz" da həmçinin. Bizim rəqabətdə olduğunuz komandalarla ev oyununu Bakıda keçirdilər. Amma biz iki dəfə Tovuza gedəcəyik. Bunlar reallıqdır. Biz hər zaman gerçəkləri deyirik. Görməzdən gəldiyimiz, susduğumuz vaxtlar da olur. Artıq 3-4-cü komandadır ki, stadionla bağlı dəyişiklik olur. Biz bundan sonra danışdıq. Təsadüfdən elə alınır ki, rəqabət apardığımız komandalarla bir meydançada oynayırlar, bizimlə başqa meydançada.

- Hakimlər Komitəsinə yeni sədr təyin olunub. Sizcə, bu, Azərbaycan futboluna necə təsir edəcək?

- İnşallah hakimliyimizin xeyrinə olar. Uzun müddətdir ki, sədrlər əcnəbi olurdu. Mən hər zaman öz kadrlarımızın tərəfdarı olmuşam. Son vaxtlar millilərdə də öz kadrlarımıza güvənilir. Bu, bizi sevindirir. Son iki ildə hakimlərimizdə inkişaf var. Rəhim Həsənov təcrübə toplayıb. İnşallah bu yükü daşıya biləcək.

- Premyer Liqaya yeni gələn komandaların infrastrukturla bağlı problemləri olduğu görünür. Sizcə, süni şəkildə komanda sayının artırılmasına ehtiyac var idi?

- Daim bu mövzunu müzakirə edirik. Təbii örtüklü, keyfiyyətli meydançalar olsa, oyunumuz yaxşı alınacaq. Çempionatın əvvəlindən narahatlıq var idi. Rəqabət artdı. 12 komandanın olması öz effektini verdi. Bütün komandalar rəqabətə tap gətirir. Hamımızı narahat edən məqam meydança ilə bağlıdır. "Karvan-Yevlax" stadion məsələsini həll etdi. İnşallah "İmişli" də bu problemini həll edər. Gəncədə möhtəşəm stadion tikilib. Düşünürəm gələn il bu problemlər geridə qalacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://sport24.az
archiveBu xəbər 28 Noyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see268

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see243

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see235

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see232

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see226

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see208

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see205

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see200

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see195

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see189

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see186

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see184

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see178

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see176

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see171

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see163

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see158

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see156

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see156

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri