Icma.az
close
up
RU
Beləcə yazmır o, şeirlərini...

Beləcə yazmır o, şeirlərini...

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Tələbə yoldaşım, dostum Vaqif Bəhmənlinin “Mən belə yazıram şeirlərimi” əsərinə

Dörd qat bükülürəm söz axtaranda,
Hürgüclü dəvənin beli oluram.
Həqiqət soruşub, düz axtaranda
Topuğu zəncirli dəli oluram.
Mən belə yazıram şeirlərimi.

Müqayisə hər zaman yanlış və qüsurludur. Amma di gəl bəzi məsələlərin açarı elə müqayisədən keçir. Biri uğurunun səbəbini, yollarını, üsulunu, düsturunu etiraf edəndə istər-istəməz başqası özünü həmin qəlibə salıb “belə olsa mən də uğura çatardım” düşüncəsi keçirir ağlından. Bu nəticə səni qane eləmir, çünki quyuya su tökməklə olmur, gərək mənsəbində olsun. Onda tutursan başqa yolun ucundan. Uğursuzluğuna bəhanə axtarırsan. Bir də bunu bir matah kimi tərifləyərək edirsən. Minnət qoya-qoya. “Əşşi burda nə var ki? Onda olan şərait (pul, imkan, qohum, daha nə bilim nə) məndə olsa, mən ondan da yaxşı yazaram (oxuyaram, oynayaram və s.)”

Yaxud “Onu dəyərə, qiymətə mindirən var, məni gözləri götürmür, yoxsa mən ondan pis yazmıram ki”. Sovet dövründə Azərbaycanda bir müəllimə “SSRİ xalq müəllimi” fəxri adı verilmişdi. Bu fəxri ad SSRİ Ali Sovetinin fərmanı ilə 1977-ci ildə təsis olunmuşdu və təhsil sahəsində nailiyyət qazanmış müəllimlər ona layiq görülürdülər. Azərbaycandan başqa bir müəllim bu “haqsızlığa” dözməyib SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri A. A. Qromıkoya sitəmli bir məktub yazmışdı: “Yoldaş Qromıko! Bu günlərdə Siz Filankəs müəllimə “SSRİ xalq müəllimi” adı vermisiniz. Fərmanı oxuyandan sonra dönüb öz həyat yoluma baxdım və gördüm ki, mən heç də o filankəsdən zəif müəllim olmamışam, indiyədək işlədiyim qırx il ərzində minlərlə şagird hazırlayıb dövlətə təhvil vermişəm Xahiş edirəm xidmətlərimi nəzərə alıb mənə də o fəxri adı verəsiniz.” Şərh etməyəcəyəm! Çünki məqsədim qeybət eləmək yox, öz tənbəlliyimə dostumun gözəl şeirinin pəncərəsindən baxaraq “haqq qazandırmaqdır”.

Jurnalistika emalatxanasına eyni vaxtda ayaq basmış olsaq da, Vaqif lirik, poetik qəlbə malik biri kimi o mətbəxin ustalarından idi artıq. Ona görə də o yazanda... mən yazmırdım. Həmin vaxtdan bəri həmişə mənə nəsə əngəl olur, kimsə çağırır, kimsə harasa göndərir, gah tələsirəm, gah gecikirəm. Əlqərəz, nə “hürgüclü dəvə”, nə “topuğu zəncirli dəli” olmağa vaxt tapıram. İllər beləcə keçdi, dolandı. Bir də baxdım ki, Vaqif deyir:

Sanki, bala çıxır, sınır yumurta,
Dərhal pərvazlannam neçə min yerdən.
Yaxa cıra-cıra, üz yırta-yırta,
Ölü götürürüəm elə bil yerdən.
Mən belə yazıram şeirlərimi.

Deyirəm, ay qardaş, bir dayan, dur, bu nə həşirdi? Mən hələ başlamamışam. Beynimdə o qədər fikir var... Yazsam, sənin şeirlərin kölgədə qalacaq, bircə macal ver. Amma indi tələsik rayona gedirəm, əmioğlunun toyudu. Gəlib sənə elə bir yazı verəcəm ki, sevincdən ağlın duracaq. Nə yumurta, nə cücə? Nə ölü, nə molla?

Dinləmir ki! Deyir:

Oğrunu tuturam qoruqda ikən,
Qoymuram talaya cərgəni, vəri.
Şilləni çırpıram varaqda ikən
Ağzının üstünə nadürüstlərin-
Mən belə yazıram şeirlərimi.

Bax, bu olmadı. Mənim oğru-quldurla işim olmaz. Nadürüstlərlə varaq davası da mənlik döyül. Mən olsa-olsa kənarda durub baxaram, arada o Çarli Çaplin vardı ey, filmində içindən bir adam çıxıb rəqibini o ki var döyüb qaçıb yenə gizlənirdi sahibinin qılıfına, eləcə oğrunu-qulduru-nadürüstü cəzalandırıb özümü təmizə çıxararam ki, vicdanım rahat olsun. Bir də elə olur ki, mən gendən gəlib oğrunu tutmağa çalışana qədər gəlib görürəm ki, nə oğru qalıb, nə də oğurlanası əşya. Hər şey olur nur-əlanur. Təzədən çəkilirəm öz güşəmə, alıram əlimə kitabını dostumun, o da tənəsini vurur üzümə:

Pud-pud ət kəsilir sanki ətimdən,
“Qarabağ” yazmağa qorxuram, qardaş.
Lap yerə girirəm xəcalətimdən,
Qələmi gözümə soxuram, qardaş.
Mən belə yazıram şeirlərimi.
Şükür Yaradana, bizə izin verdi
“Qarabağ” sözünü fəxrlə yazmağa,
Düşmənin pərənin pozan igidlər,
Həsrət qoymadılar bizi papağa.

Az qala şeir yazmağa başladım ey. Artıq “xəcalətli düşmənin olsun” ibarəsi də yerinə düşdü. Yağı düşmən nə qədər cilov gəmirsə də dəmir yumruq qafasını elə silkələmədi ki, bir daha Qarabağa kəm baxsın. Yenə də ilanın ağına-qarasına lənət! Barıtı quru saxlamaqda fayda var.

Qəm dərin dəryadı, gedib dərinə,
Sözün ağrısını yaxşı duyuram.
Sətirlər sonunda nöqtə yerinə
Bir damla qanlı göz yaşı qoyuram.
Mən belə yazıram şeirlərimi.

Qurut gözünün yaşını, qardaş.
Qəm-qüssə şələni daha yerə qoy.
Sənin yetmiş ildə çəkdiyin dərdi.
O hürgüclülər indi çəksin qoy.

Sən axırda məni də qafiyə tutmağa öyrədəcəksən, Vaqif. Amma keçəl suya gedən döyül. Sadəcə ilham pərisi dediyin o gözəl yanımdan keçəndə səba yeli kimi məni də cilovlamaq istəyir, mən, o siz tərəflərdə nətər deyirlər, “tutux” vermirəm. Sən ağıllı tərpənmisən, altmış il bundan qabaq yapışmısan onun ətəyindən, indi kim-kimi ilhamlandırır, bir Allah bilir, çünki:

Peşən can hərləmək, boş xəlbirsən ki,
Dəftərin, qələmin, dilin – Allahın.
Sözlərdən nərdivan düzəldirsən ki,
Yetsin ətəyinə əlin Allahın –
Sən belə yazırsan şeirlərini.

Şükür, min şükür, sənin əlin Allahın ətəyindədi. Dilin dilimizin güzgüsü, şeirin şeirimizin incisi olub. Amma mən belə yazmıram yazılarımı. Çünki çörəyi ver çörəkçiyə, birini də üstəlik. Yoxsa mənim kimi? İyirminci ildə Qarabağı işğaldan azad etməyə başlayan igidləri tərənnüm edən yazı yazmaq istəyirdim. Mən düşünənə qədər rəşadətli oğullar torpaqları azad etdilər. Aradan beş il keçib, təkcə mən yox, bütün yazıçılar birliyi hələ gücənir ki, bir sanballı əsər ortaya qoysun, olmur ki, olmur. Bu yaxınlarda Azərbaycandan qayıdıb “On beş gün cənnətdə” adlı bir yazı başlamışdım ki, İsrail İranı vurdu. Dedim fəal mövqeli insan kimi mən əvvəl bu qlobal hadisəyə münasibət bildirim. İşin içinə girib İranmı haqlı, İsrailmi haqlı, Trampmı sülh göyərçini deyə düşünürdüm ki, cəmi oniki gündə müharibə bitdi. Bu qədər tələsikdə yazı yazmaq olar?

Cəfər SADİQ
Moskva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see299

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see236

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see229

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see227

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see225

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see224

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see222

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see200

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see198

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see181

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see167

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see165

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see164

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see162

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see162

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see161

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see160

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see159

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see157

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri