Bələdiyyə seçkiləri ilə əlaqədar MSKda ekspert qrupu yaradılıb
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması müzakirə olunaraq təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova MSK-nın noyabrın 27-də keçirilən iclasında məlumat verib.
O bildirib ki, Komissiya üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla MSK nəzdində 9 nəfərdən ibarət ekspert qrupu yaradılıb.
Qeyd edək ki, iclasda qəbul olunmuş qərara əsasən ölkədə bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.
Baxış sayı:82
Bu xəbər 27 Noyabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















