Kadi Borqes “Sabah”ı təriflədi: “Son bir ildə gördüyüm ən yaxşılardandır”
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Yaxşı oyun oldu. “Sabah”ın yaxşı komandası var və hazırda yaxşı formadadır. Son bir ildə gördüyüm ən yaxşı komandalardan biridir. Bizim üçün də bu cür oyunlar çox faydalıdır. Çünki çempionatda necə oynamalı olduğumuzu və hansı məqamları inkişaf etdirməli olduğumuzu görürük”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun futbolçusu Kadi Borges “Sabah” - “Qarabağ” matçından sonra sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Oyunla bağlı fikirləriniz necədir?
- Çətin qarşılaşma oldu. Düşünürəm ki, hər iki komandanın qol vurmaq üçün çoxsaylı imkanları olmadı. Biz də rəqibə çox qol şansı vermədik. Ümumilikdə isə yaxşı oyun alındı.
- Bu oyunda “Qarabağ” azarkeşlərinin dəstəyi və “Sabah”ın yaratdığı atmosfer barədə nə deyə bilərsiniz?
- Azarkeşlər bizim üçün meydanda əlavə bir oyunçu kimidir. Meydanda 11-ə 11 oynayırıq, amma azarkeşlər bizi yüksək səslə dəstəkləyəndə onların gücünü hiss edirik. Bəzən oyun zamanı yoruluruq, amma azarkeşlərin səsini eşidəndə bizə əlavə güc və özünəinam verir.
- “Sabah” son çempiondur. Sizcə, “Qarabağ” bu mövsüm yenidən çempion ola bilər?
- Əlbəttə, buna inanıram. Bizim çox yaxşı komandamız var. “Qarabağ”ın məqsədi həmişə ən yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Əgər buna inanmasaq, daha yaxşı olmaq və çempionluq uğrunda mübarizə aparmaq üçün üzərimizdə kifayət qədər motivasiya olmaz. Mən inanıram ki, bu mövsüm çempion ola bilərik.
- Növbəti oyununuz “Kəpəz”ə qarşı olacaq. Bu qarşılaşma barədə nə deyə bilərsiniz?
- Bilirik ki, “Kəpəz” də yaxşı komandadır. Onların yaxşı futbolçuları var. Səfərdə oynayacağıq. Ora gedib yaxşı nəticə qazanmağa və Bakıya sərfəli nəticə ilə qayıtmağa çalışacağıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 25 Oktyabr 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















