Icma.az
close
up
RU
Bələdiyyə seçkiləri, töhmətlər... Brilliant Dadaşovaya niyə qadağa qoyulmuşdu?

Bələdiyyə seçkiləri, töhmətlər... Brilliant Dadaşovaya niyə qadağa qoyulmuşdu?

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Xalq artisti Brilliant Dadaşovanın doğum günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Brilliant Dadaşova 15 sentyabr 1965-ci ildə Bakı şəhərində anadan olub.

***

Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəldi.

1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır.

1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi.

1988-ci ildə Topxana meşəsindəki hadisələrdən sonra müğənni "Haydı, ər igidlər" mahnısını ifa etdiyinə görə ciddi töhmət alır.

***

1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görür. Qısa müddətdə xitə çevrilən "Bayatılar" mahnınısı Brilliantdan sonra Sezen Aksu, Edvvard Maya, Keti Garbi, Reno, Levent Yüksel, Monika Salmaso, "Brazilian girls", "N Dubz", DJ Brizi və Eusebio Belli və başqa dünya ulduzları tərəfindən yüzlərlə versiyada ifa olunub.

***

1990-cı ildə müğənninin mövcud Sovet rejimin əleyhinə oxuduğu "Heykəllər" mahnısına görə yenidən qadağalara məruz qalır. Elə həmin illərdə o Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr aktyoru" fakültəsini bitirir. Həmin ildə də Türkiyəyə ilk dəvət alan müğənni TRT kanalının "Avrasiya konseri" çəkimlərində iştirak edir.

1991-ci ildə Brilliant Dadaşova Yaşıl Teatrda ilk solo konsert proqramı ilə çıxış edir. 1993-cü ildə dövlət televiziyasında "Bu axşam" proqramının aparıcılığını etməklə Azərbaycanda ilk aparıcı müğənni olur. Həmin il müğənninin "Azərbaycanın səsi" adlı ilk albomu işıq üzü görür. 1994-cü ildən müğənni indiki Heydər Əliyev adına Sarayda ilk böyük solo konsert proqramı ilə çıxış edir.

Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil etməyə başladı. Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada solo konserti ilə çıxış edən ilk Azərbaycan müğənnisi məhz Brilliant Dadaşova oldu. O, Rusiyanın ən iri iki şəhərində - Moskvada və Sankt-Peterburqda çıxış etdi.

***

Brilliant Dadaşovanın 1994-cü ildə "Sevəcəyəm" adlı musiqi albomu çıxır. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə çox uğurlu olur.

1995-ci ildə "Züleyxa" mahnısına çəkilmiş videoklip Rusiya kanalında nümayiş etdirilməyə başladı və kanalın qızıl onluğunda uzun müddət ərzində ön cərgələrdə sabit qaldı. Həmin o ildə, müğənninin "Züleyxa" adlı diski çıxır.

1998-ci ildə "Dərdimdən öləcəksən" adlı disk çıxır.

1997-ci ildə Brilliant Dadaşovaya Azərbaycanın Əməkdar artisti adı verildi. Həmin ildə o, bir sıra Azərbaycan müğənnisi və Norveçin SKRUK ansamblı ilə birlikdə "Landet vi kommer fra" Azərbaycan-Norveç layihəsində iştirak edirdi.

***

1999-cu ildə müğənninin Türkiyədə "Seyduna Türküləri" adlı ikinci diski işıq üzü görür. Daha sıx-sıx Türkiyə telekanallarında görünən müğənni ard-arda Memedeli Arbil, Seda Sayan, Beyaz, Esra Ceyhan, Metin Şentürk kimi tanınmış aparıcıların proqramlarında qonaq olur. Həmin illərdə müğənnini oğluna həsr etdiyi "Maç-maç, quc-quc" mahnısı Türk bəstəkarı və müğənnisi Oqtay Raqa tərəfindən oğurlanır və Turkcellin reklam kompaniyasında istifadə olunmağa başlayır. Müəllif hüquqlarının qorunması üçün məhkəməyə müraciət edən Briliant Dadaşovanın müəllifliyini tanıyan Türkcell şirkəti onunla 5 illik müqavilə imzalayır.

Brilliant Dadaşova 1999-cu il bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbail bələdiyyəsinə üzv seçilmişdir.

2000-ci ildən 2005-ci ilədək o, Azərbaycanın Space TV kanalında "Gözəllik dünyanı xilas edəcək" adlı veriliş aparırdı. Hazırda müğənni musiqi istedadı olan gənclərə karyera qurmaqda yardımçı olan "Akademiya" layihəsində iştirak edir.

***

2008-ci ildə isə müğənni "Lider" televiziyasında "Mən sənətkaram", 2012-ci ildə Türkiyənin TMB kanalında "Pirlantalı Gecələr" proqramının aparıcısı olur. 2009-cu ildə Türkiyədə ona novbəti uğur gətirən "Masal dünyam" adlı albomu işıq üzü görür. 2012-ci ildə balaban ustası Əlixan Səmədovla birgə "Çıx Yaşıl Düzə" mahnısını yeni versiyada ifa edir və mahnıya çəkilən klip Türkiyə telekanallarında böyük uğurla yayımlanır. 2013-cü ilin may ayında müğənni 13 il fasilədən sonra Azərbaycanda yenidən solo konsert proqramı ilə çıxış edir.

***

2008-ci ildə Brilliant Dadaşova Azərbaycanın Xalq artisti fəxri adına layıq görülür.

2021-ci ildə Adriano Celentano ilə birgə Per Sempre mahnısı yayımlanır.

Həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır.

Şair Məmməd İsmayıl vəfat etdi Anamın ağ şalı - Azad Qaradərəlinin yeni hekayəsi Fransada Beynəlxalq Qastronomiya Günlərində Azərbaycan pavilyonu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri