Icma.az
close
up
RU
Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə dair maarifləndirici tədbir keçirilib FOTOLAR

Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə dair maarifləndirici tədbir keçirilib FOTOLAR

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsinin birinci mərhələsi çərçivəsində növbəti tədbirini 2025-ci il 14 iyul tarixində Quba rayonu “Qızıl Qaya” restoranında  təşkil edib.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə  23 nəfər iştirak etdi. İştirakçılar əsasən Quba rayon bələdiyyə nümayəndələrindən ibarət idi. Tədbiri Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev açdı. Təlimi cəmiyyətin təlimçilərindən Əntiqə Qurbanova və Nabat Qəniyeva apardı.

Layihə iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə əsas məqsəd bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətlərinin inkişafı, eləcə də onların maliyyə dayanıqlığına dəstək göstərməkdir.

Tədbir zamanı iştirakçılara layihənin məqsədi və mövzuları barədə ətraflı məlumat verilib, geniş müzakirələr aparılıb. Xüsusilə bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətlərinə dair məsələlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edilib ki, 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qrantlar haqqında” qanuna edilən dəyişiklik Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Bu dəyişiklik bələdiyyələrin maliyyə dayanıqlığını artırmaq məqsədilə onlara qrant almaq imkanını tanıyır.

Tədbir zamanı iştirakçılar onları narahat edən məsələləri də gündəmə gətiriblər. Bunlar arasında reklamların yenidən bələdiyyələrə verilməsi, meyvə satışına olan maneələrin aradan qaldırılması, mədən vergisinin bələdiyyələr tərəfindən yığılması və yerli turizmin inkişafı üçün şərait yaradılması məsələləri xüsusi vurğulanıb.

İştirakçılara "Sosial xidmət haqqında" qanun və onun 26-cı maddəsinə əsasən sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən QHT-lərə verilməsi qaydasını müəyyən edən Fərman haqqında məlumat verilib. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeydiyyat və müraciət formaları barədə iştirakçılar maarifləndirilib.

Tədbir zamanı iştirakçılara layihə təkliflərinin və hesabatların hazırlanması ilə bağlı praktik bilgilər də təqdim olunub. Tədris hissəsinin sonunda iştirakçılar kiçik qruplara bölünərək, sərbəst şəkildə bir ideyanı layihələndirmək və təqdim etmək tapşırığını yerinə yetiriblər. Hər qrupdan bir nümayəndə ideyanı təqdim edib.

Tədbirdə iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub.

Sonda isə iştirakçılara ev tapşırığı verilib: seçdikləri bir ideyanı layihə təklifi və büdcə formasında hazırlayaraq növbəti – ikinci mərhələdə təqdim etmələri istənilib.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyul 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see250

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see223

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see177

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see169

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see151

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see150

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see144

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see141

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see141

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri