Icma.az
close
up
RU
Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?

Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda “Elektroenergetika haqqında” Qanuna dəyişikliklər ediləcək.

Dəyişikliyə əsasən, elektrik enerjisinin ödənilməsindən sabit tarif tətbiq ediləcək. Sabiq tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir. 

Həmçinin, “Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb. Bu qanunda da sabit tariflər nəzərdə tutulub.Qanuna əsasən, sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.Energetika nazirinin müavini Samir Vəliyev sabit tariflərin məqsədini açıqlayıb.

O qeyd edib ki, mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisini sabit tariflə ödəyəcəklər: 

“Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Amma transformator məntəqəsi qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır.

Yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Hansı ki, iki mənzildə yaşamırlar, onlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Bu, binada yaşayanların yükünü azaldır. Bu qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub”.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov isə bildirib ki, sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir:

“Sabit tarif elementinin tətbiqində əsas məqsəd maliyyə yükünü artırmaq deyil.  Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir. Sabit tarif elementinin tətbiqində əsas məqsəd əlavə tarif elementini yaratmaqla maliyyə yükünü artırmaq deyil.

Belə ki, bu, özü-özlüyündə metodoloji yanaşmaya zidd olar. Çünki təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar həmin təchizat xidməti ilə bağlı yol verilən tarif xərcləri səviyyəsində məhdudlaşdırılır. Bu, belə olduğuna görə hər hansı tarif elementlərinin tətbiqi bu və ya digər formada icazə verilən tarif xərclərini artıra bilməz.

Bu baxımından, sabit tarifin tətbiqində əsas məqsəd tarif elementlərinin təchizat xərclərinin xarakteri baxımından, yəni sabit və dəyişkən xərclər baxımından doğru şəkildə strukturlaşdırılması, o cümlədən, xərclərin istehlak tariflərinə ədalətli şəkildə ötürülməsinin təmin olunmasıdır.

Məsələn, iki abonentimiz var. Onlardan birinin bir, digərinin iki mənzili var, istehlak səviyyəsi eynidir və buna görə də bu günə olan istehlak tarifi üzərindən baxdıqda, bir və iki mənzili olan abonent eyni həcmdə ödəniş aparır.

Çünki hər ikisinin istehlakı eynidir. Beləliklə, dolayısı ilə üç mənzilin infrastruktur xərcləri iki abonent arasında bölüşdürülür. Bu məsələdə biz bölgünü daha ədalətli şəkildə təmin etməyi sabit tarif tətbiqində görürük. Çünki sabit tarif elementin tətbiqi, sabit xərclər bilavasitə aidiyyəti abonentlərə aid edilmiş olacaq. Bu, beynəlxalq təcrübədə tətbiq olunan sistemdir. Sabit tarifin təsərrüfat subyektlərinə və əhaliyə eyni şəkildə tətbiqi nəzərdə tutulmur. İstehlak tarifləri necə tənzimlənirsə, sabit tarif də elə tənzimlənəcək”.

Qeyd edək ki, əhali qaz və elektrik enerjisində qiymətlərin tənzimlənməsi ilə bağlı təkliflərin limitin ləğvi və qiymət artımı ilə nəticələnəcəyi qənaətindədir.  

Sabit tariflərin tətbiqi, evdə yaşamayanların qaz və işıq pulu ödəməsi nə  dərəcədə doğrudur?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda sabit tarif təklifi tamamilə mənasız və absurd təklifdir:

“Niyə bu qərara gəldiklərini heç cür anlaya bilmirəm. Çünki bizim gözləntimiz o idi ki, işıq və qazla bağlı limitlər ləğv edilsin. Çox güman ki, limitlər ləğv ediləcək. Ancaq müxtəlif tarif paketləri də əlavə olunacaq.

Bu da qiymət artımına səbəb olacaq. Təklif ondan ibarətdir ki, dövlət şirkəti qazın və yaxud elektrik enerjisinin mənzilə qədər çəkilməsinə vəsait xərcləyir, sayğac quraşdırır.

Ancaq siz evdə yaşamırsınızsa, infrastruktura çəkilən xərci sabit tariflə ödəməlisiniz. İndi bu 5 manat, yoxsa 1 manat olacağı bilinmir. Hər halda aylıq əlavə işlətdin-işlətmədin qaza, elektrik enerjisinə pul verməli olacaqsız. Bu çox mənasız bir yanaşmadır.

Çünki o infrastruktur üçün vəsait dövlət büdcəsindən ayrılır. Vətəndaş olaraq dövlət büdcəsindən vergilərimizlə pay sahibiyik və bizim vergilər hesabına da o infrastruktur çəkilir. Bundan başqa istehlakçı olaraq fərqi nədir ki, dövlət, yaxud özəl şirkət olsun. Biz keyfiyyətli xidmət almaq istəyirik.

Bizim üçün təbii inhisarçıların olmasının o qədər də əhəmiyyəti yoxdur. Sadəcə problem odur ki, alternativimiz yoxdur. Təbii inhisarçılar su, qaz, elektrik enerjisinin qiymətlərini qaldıra bilirlər. Bizim alternativimiz yoxdur ki, başqa bir təchizatçıya müraciət edək. 

Ancaq bunların təklif etdiyi məntiqi götürsək, biznes də gərək elə davransın. Məsələn, kimsə mağaza tikir və infrastruktur qurur, pul xərcləyir və mağazaya kimsə daxil olur. Heç nə almadan çıxanda onun qarşısını kəsir ki, “mən mağazama pul xərcləmişəm, buranı tikmişəm. Nə olsun heç nə almamısan, heç olmasa kassaya bir 5 manat ödəniş elə”. Yəni hazırki yanaşma belədir. Çox məntiqsiz və yalnışdır. Mən ümid edirəm ki, bu təklif keçməyəcək”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: ev kommunal xərc Samir Vəliyev i Rövşən İsmayılov Natiq Cəfərli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyun 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri