Icma.az
close
up
RU
Bəlkə də hücumçuların günü deyildi Aslan Kərimov

Bəlkə də hücumçuların günü deyildi Aslan Kərimov

Fanat saytına istinadən Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "KuPS" ilə üz-üzə gələn "Sabah" minimal hesablı qələbə qazandı. Ölkə təmsilçisi evdə Finlandiya çempionunu 1:0 hesabı ilə yendi.

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "bayquşlar"ın oyunu ilə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az həmin açıqlaması belə oldu:

"Oyun haqqında qısa danışası olsam, hesab edirəm ki, 90 dəqiqə ərzində yaxşı hücum edən, aqressiv bir "Sabah" gördük. Həddindən artıq qol imkanları ilə yadda qalan oyun izlədik. Təəssüf ki, təmsilçimiz qol imkanlarını boşa verdi. Səbəblərini deyə bilmərəm. Kimsə bunu konsentrasiya pozuntusu və ya çempionatın əvvəli, tam dinamikada olmamağımızla izah edə bilər. Amma qol imkanları o qədər yüz faizlik idi ki, istər yorğun ol, istər dinamikada olma, istərsə də birinci məşqə çıx, bu səviyyədə komandalar belə imkanları gərək yerinə yetirsinlər. Yəni bu qədər əziyyət çəkib, epizod yaratmaq asan məsələ deyil. Ən azından məşqçi prizmasından məsələyə baxsaq, insafən, xətlər arasında açılmalar, yaradılan imkanlar müsbət haldır. Amma qapının ağzından göyə vurmaq və yaxud da "çərçivə"yə düşməmək, düzü, bunu yalnız bəxtsizliklə əlaqələndirə bilərəm. Həmin gün bəlkə də hücumçuların günü deyildi. Amma oyunun sonuna yaxın bu qədər aqressiv oynaya-oynaya, rəqibə də bir təkbətək imkanı verdik. Bəli, burada da bizim bəxtimiz gətirdi.
Hesab edirəm ki, çox yaxşı bir oyun nümayiş etdirdilər. Sadəcə, hesab oyuna görə deyildi. Məncə, bu görüş minimum 3:0 bitməli idi.
Mənə elə gəlir ki, cavab oyununda bizim üçün Bakıdakından daha çətin olacaq. 1:0-lıq qələbə hələ heç bir şey demək deyil. Ona görə "Sabah" oradakı oyuna daha yaxşı, diqqətli hazırlaşmalıdır. Hər halda, ilk oyunda biz bütün komponentlərdə rəqibimizdən üstün oynamağı bacardıq".

Əlisahib İbrahimli

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://fanat.az
archiveBu xəbər 22 İyul 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri