Icma.az
close
up
RU
Bəlkə istəyirsiniz ki, sizə yalvaraq?

Bəlkə istəyirsiniz ki, sizə yalvaraq?

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar xidmət sektorunda müştəriyə qarşı saymaz münasibət məni narahat edir. Yaxın ətrafımla söhbətimiz zamanı onların da bu problemdən gileyləndiyini gördüm. Deməli, məsələ belədir. Bu yaxınlarda reklamı internetdə, televiziyada  bir sözlə, hər yerdə qabağımıza çıxan məşhur kosmetik vasitələrin satıldığı mağazalardan birinə üz tutmuşduq (məşhur olmağını ona görə qeyd edirəm ki, yəni bu, hələ ən təriflisi, işçi heyəti çox olan müəssisədir). İçəridə bir neçə uniformalı işçi olsa da, söz soruşmağa adam tapmaq olmur. Deyirsən ki, mənə filan maskadan lazımdır. Tellərini yan daramış bir xanım bir əlini cibindən çıxarmadan o biri əlini dağ boyda bir stendə uzadıb deyir: Odur e, bax, orada var. Gedirsən ki, milyon çeşid maska var, hər şey qarışıq yığılıb, heç bir kateqoriyalara bölünməyib. Tərkibini soruşursan, deyir, arxasında yazılanları bir-bir oxu. Orada Azərbaycan dilində mikroskopik ölçüdə tərcümə vərəqi yapışdırılıb. Daha izah edə bilmirsən ki, mən qabağımı güclə görürəm. Baxırsan ki, sənə kömək edən yoxdur, kor-peşman mağazadan çıxırsan.
Təbii ki, bu yeganə belə hal deyil. Məsələn, dəfələrlə olub ki, şəhərin müxtəlif ərazilərində yerləşən geyim butiklərinə yollanmışıq. Axtarırsan, bir paltarın öz ölçünə uyğun olanını tapırsan, məlum olur ki, əyninə yaramır, başını pərdənin arxasından çıxarıb anana deyirsən ki, nə olar ordan “M” ölçüsünü gətir. Kassaya çatanda bir qız qaça-qaça gəlir ki, sizə kim kömək eləmişdi. Deyirik, heç kim. Götürür paltarın üstünə bir etiket vurur ki, bəs hər müştəriyə görə mənə faiz gəlir. Ya da “kassada soruşsalar, mənim adımı verin” deyir.

Hələ supermarketlər də var. Böyük şəbəkə marketlərdən birindən pendir almaq istədik. Satıcılar and-aman etdi ki, bu adda pendir bizdə əzəldən olmayıb. Axırda özümüz soyducunun bir tərəfindən tapdıq. 

Hansı mağazaya girirsən, 2-3 nəfər öz aralarında telefonda video göstərib gülürlər, söhbət edirlər. Söz soruşanda da oğlanlı-qızlı elə göz süzdürürlər ki, elə bilirsən, kiminsə evinə icazəsiz girib onları narahat etmisən.

Restoranlarda da eyni dərddir. Yeni il ərəfəsində şirniyyatı ilə məşhur olan restoranlarından birinə üz tutmuşduq. Çöl soyuq olduğundan və sakitlik istədiyimiz üçün restoranın ikinci mərtəbəsinə qalxdıq. Yuxarıda yalnız biz və bizdən 2 masa aralı ərəb ailə əyləşmişdi. Kişi əcnəbi dildə ucadan telefonla danışırdı. Gəlib-gedib başına dolanırdılar. 15 dəqiqə oturandan sonra düşüb ofisiantlara dedik ki, biz də burdayıq. Gəlib yandakı boş masanı yığışdırdılar, ərəblərlə də maraqlandılar və biz orada yoxmuşcasına çıxıb getdilər.
Sonra aşağı düşdük və gördük ki, ofisiantların hərəsi bir ərəbin masasının yanında ayaqüstə dayanıb onlara xidmət edir. 20-25 dəqiqə keçmişdi, artıq bu hörmətsizliyə dözə bilmədik və restorandan çıxdıq. Heç çıxanda da demədilər ki, xeyir ola, hara gedirsiniz?

Bu problemin böyük bir tərəfi. Müştəri məmnuniyyəti sıfır. 

Digər problem isə bilirsiniz nədir? Başınıza gələni hansısa bir tanışınıza danışırsınız. O da qayıdır ki, yəqin “vid-fason”una baxıb, deyib bunun pulu olana oxşamır, ona görə saymayıblar. Qalırsan yana-yana.

Əgər o xidmət sektorunda işləyənlər də, bu sözü deyənlər kimi düşünürsə, vay halımıza.
Hər halda bir adam haradasa oturub yemək yemək istəyirsə, əvvəlcə cibindəki pula da baxır. Heç nə olmasa da, axı bizim “ayağını yorğanına görə uzatmaq” kimi bir deyimimiz var.
İndi yalandan durub deyə bilmərəm ki, dünyanın heç yerində belə şey yoxdur. Hər halda bu müqayisəni xarici ölkələrə də getmiş adamlar daha yaxşı deyə bilərlər. Biz həftələrlə işləyirik, bir dəfə oturub restoranda yemək yemək istəyəndə bu cür saymaz münasibətə məruz qalırıq. Bu da işləyib qazandığımızdan özümüzə ayırdığımız kiçik diqqətin nəticəsi. Axırda da nolur? Yolda evə qayıdanda yanındakılarla olanları danışıb bir-birinizi özünüzü daha da əsəbiləşdirirsiniz. Gecə də əsəbinizdən yata bilmirsiniz ki, gərək bu sözü də orada deyəydim, gərək nə bilim qapını çırpıb çıxardım və s.
Bilmirəm hansı formada olacaq, amma bir yol tapıb bu xidmət sektoruna nizam vermək lazımdır. Hələ bu yeməklərin keyfiyyəti, qida təhlükəsizliyi və s. nəzərə almadan mövcud ola problemlərdir. 

Vallah, məsələ “vid-fason” da deyil. Necə olur ki, mən Türkiyədə eyni paltarda bir restoranda oturanda başımıza dolanırdılar, hələ sonda bir kofe də hədiyyə edirdilər, amma burada 200 manat verdiyin bir restoranda yerə düşən çəngəli dəyişmək üçün bir nəfər tapmırsan.

Bəlkə, obyektə daxil olmamış Qurana əl basaq ki, vallah, bu gün cibimizdə hesabı ödəməyə pulumuz var. Razısınız? Ya da mağazaya girməmiş, məhsulu almamış kart hesabımızdakı pulu göstərək ki, bir az kömək edəsiniz? Bəlkə, istəyirsiniz ki, sizə yalvaraq?

Vallah, o vaxtlar bir mağazaya girirdin, satıcı şirin dili ilə nifrət etdiyin rəngdəki paltarın sənə çox yaraşdırdığına inandırıb o paltarı sənə satırdı. İndi mağazaya girirsən nə salam var, nə sağ ol var. Eləcənə bir nəfər qara pencəkli adam qarabaqara səni izəyir. Adamın ürəyinə qorxu düşür ki, birdən buradan nəyisə bəyənib almasam, görəsən, mənə ağır söz deməzlər? Haradan baxsan, gülməlidir ki, mən öz ölkəmdə hansısa xidməti almaq üçün sıxılı-sıxıla gəzirəm.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Fevral 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri