Bəlkə də... filmi kinoteatrlarda
Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.
Aktyor, rejissor və ssenarist Taleh Yüzbəyovun müəllifliyi ilə ərsəyə gətirilən “Bəlkə də...” filmi artıq kinoteatrlarda nümayiş olunur.
Kulis.az xəbər verir ki, elmi-fantastik, mistik və tragikomediya janrlarında çəkilən ekran işi şəxsi itkilər və zamanla bağlı peşmanlıqları əks etdirir.
Xronometrajı 1 saat 45 dəqiqə olan “Bəlkə də...”filminin mövzusu iki əsas obrazın – yaxınlarını itirmiş ixtiraçı və Mələyin tanışlığı üzərində qurulub.
Onlar zaman maşını vasitəsilə keçmişə qayıtmaq və hər şeyi dəyişmək istəyirlər. Lakin bu yolda gözlənilməz hadisələrlə qarşılaşırlar.
Rollarda Taleh Yüzbəyov, İranə Kərimova, Günay Əhməd, Nurlan Rüstəmov, Əli Əlizadə, Azər Aydəmir, Kamran Ağabalayev və Əlixan Rəcəbov çəkiliblər.
Qeyd edək ki, “Bəlkə də...” filmi “ART Bakers” və “Yüz prodakşn”ın birgə istehsalıdır.
Anarın yaradıcılığı “Türk Ədəbiyyatı"nda "Xurşidbanu Natəvan" Şəki Dövlət Dram Teatrında Nazirlikdən Ənvər Həsənovun vəfatı ilə bağlı - NEKROLOQ
Baxış sayı:141
Bu xəbər 08 Aprel 2025 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















