Icma.az
close
up
RU
Belqradda etirazlar zamanı 48 polis əməkdaşı xəsarət alıb YENİLƏNİB

Belqradda etirazlar zamanı 48 polis əməkdaşı xəsarət alıb YENİLƏNİB

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Belqradda baş verən iğtişaşlar nəticəsində 48 polis əməkdaşı xəsarət alıb, 77 nəfər, o cümlədən bir yeniyetmə saxlanılıb.

APA xəbər verir ki, bu barədə Serbiya Polisi direktorunun köməkçisi Deyan Lukoviç TV Prva telekanalının efirində məlumat verib.

Onun sözlərinə görə, polis 35 cinayət işi və 22 inzibati xətayla bağlı vəsatət qaldırmağı planlaşdırır. “Biz bütün halları araşdırmağa, faktiki mənzərəni müəyyənləşdirməyə və digər şəxslərin, təşkilatçıların identifikasiyasını aparmağa davam edirik. Aidiyyəti prokurorluqlar və təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq çərçivəsində bu işi sona çatdıracağıq”, – deyə o bildirib.

Lukoviç qeyd edib ki, xəsarət alanlardan biri – jandarm xidmətinin əməkdaşı – ağır bədən xəsarətləri alıb, lakin həyatı üçün təhlükə yoxdur, vəziyyəti stabildir. Digər xəsarətlər yüngül olaraq qiymətləndirilib.

“Polis əvvəlcə maksimum səbir və təmkin göstərdi, lakin vəziyyətin kəskinləşməsindən sonra minimal məcburetmə tədbirlərinə əl atıldı”, – deyə Lukoviç əlavə edib.

***

08:51

Serbiyanın paytaxtı Belqradda keçirilən etiraz aksiyası zamanı baş verən iğtişaşlar nəticəsində altı polis əməkdaşı və iki mülki şəxs xəsarət alıb.
APA xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı rəsmi açıqlamada məlumat verilib.

Məlumata görə, qarşıdurmalar Slaviy meydanında keçirilən mitinq başa çatdıqdan sonra başlayıb.
Polisə hücum edən onlarla şəxs saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 İyun 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri