Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hollivud ulduzu Ben Afflek müğənni Şakira ilə sevgili olması barədə yayılan iddialara ilk dəfə münasibət bildirib.
Axşam.az xəbər verir ki, aktyor “Entertainment Tonight”a müsahibəsində onun Şakira ilə görüşdürülməyə çalışılması və aralarında romantik münasibət yaranması ilə bağlı xəbərləri təkzib edib.
“Mən çox işləyirəm və uşaqlarımla vaxt keçirirəm. Buna çox da boş vaxtım yoxdur. Mən heç kimin arxasınca qaçmıram. Allaha and içirəm, həyatım boyu Şakira ilə münasibət barədə heç nə eşitməmişəm” deyə, B.Afflek bildirib.
Aktyor onun şəxsi həyatı ilə bağlı davamlı yayılan şayiələrə də münasibət bildirib:
“Tez-tez müxtəlif dedi-qodular eşidirəm. Düşünürəm ki, hazırda nə qədər subay kişinin olmasından asılıdır. Bəziləri sadəcə dedi-qodu etməyi sevir, bəziləri isə nəsə uydurur. Açığı, məni nadir hallarda kiminləsə görüşdürməyə çalışırlar”.
Qeyd edək ki, Ben Afflek daha əvvəl aktrisa Cennifer Qarnerlə ailəli olub. Onların bu münasibətdən üç övladı var. Aktyorun Cennifer Lopezlə də münasibəti olub. Cütlük 2000-ci illərdə nişanlansa da, toylarını ləğv edərək ayrılıblar. Daha sonra münasibətlərini yenidən bərpa edən Ben və Cenniferin evliliyi də uzun sürməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 05 Oktyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















