Icma.az
close
up
RU
KÖHNƏ BİNALARDA GİZLİ TƏHLÜKƏ... Bir qığılcım faciəyə səbəb ola bilər

KÖHNƏ BİNALARDA GİZLİ TƏHLÜKƏ... Bir qığılcım faciəyə səbəb ola bilər

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycanda xüsusilə köhnə yaşayış binalarının elektrik təchizatı sistemlərinin vəziyyəti yanğın təhlükəsizliyi baxımından diqqət tələb edən məsələlərdəndir. Uzun müddət istismar olunan elektrik xətləri, köhnəlmiş naqillər, həddindən artıq yüklənmə və texniki nasazlıqlar yaşayış binalarında yanğın riskini artıra bilər. 

Digər tərəfdən, bəzi binalarda yanğınsöndürmə vasitələrinin və təhlükəsizlik sistemlərinin vəziyyəti də narahatlıq doğurur. Azərbaycanda köhnə yaşayış binalarının elektrik infrastrukturu mövcud təhlükəsizlik tələblərinə cavab verirmi? Yanğın risklərinin azaldılması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün hansı tədbirlər görülməlidir?

Bu barədə "AzPolitika"ya açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev bildirib ki, köhnə yaşayış binalarının elektrik sistemlərinin təhlükəsizlik tələblərinə uyğunluğu hər bina üzrə texniki müayinə və ölçmələrlə müəyyənləşdirilməlidir.

Onun sözlərinə görə, bütün köhnə binalar haqqında eyni hökm vermək əsaslı olmaz: "İzolyasiyası zədələnmiş naqillər, etibarsız birləşmələr və xətlərin imkanını aşan elektrik yükü yanğın təhlükəsi yaradır. FHN də elektrik şəbəkəsinin həddindən artıq yüklənməsini yanğına səbəb ola bilən amillər sırasında göstərir.

İlk növbədə, binanın giriş kabeli, mərtəbələrarası xətlər, elektrik lövhələri və mənzildaxili şəbəkə ixtisaslı mütəxəssislər tərəfindən yoxlanılmalıdır".

Ekspert qeyd edib ki, zədələnmiş və faktiki yükə uyğun olmayan xətlər yenilənməli, qısaqapanma və artıq yüklənmədən qoruyan avtomatik açarlar kabelin imkanlarına uyğun seçilməlidir: "Mənzildə naqillərin dəyişdirilməsi ümumi bina xətlərindəki nasazlığı aradan qaldırmır; buna görə yenilənmə binanın elektrik sistemini bütövlükdə əhatə etməlidir. Eyni zamanda, pilləkənlər və təxliyə yolları maneələrdən təmiz saxlanılmalı, binada nəzərdə tutulan yanğınsöndürmə vasitələri və xəbərdarlıq sistemləri işlək olmalıdır".

S.Nəbiyev sonda vurğulayıb ki, binanı idarə edən qurumlar müntəzəm texniki xidməti təşkil etməli, sakinlər elektrik xətlərini həddindən artıq yükləməməli və nasazlıqların aradan qaldırılmasını mütəxəssisə həvalə etməlidirlər: "Tövsiyəm budur ki, hər bina üzrə aşkarlanan nöqsanlar sənədləşdirilsin, onların aradan qaldırılması üçün konkret məsul şəxslər və icra müddətləri müəyyən olunsun".

Oğuz Ayvaz

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Noyabr 2026 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri