Icma.az
close
up
RU
Beniz in cinayət işini aparan müstəntiq vəzifəsindən azad edildi

Beniz in cinayət işini aparan müstəntiq vəzifəsindən azad edildi

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən tanınmış tiktoker Aybəniz Xəlilovanın ("Beniz") cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda cinayət işində zərərçəkən kimi tanınan və hazırda Türkiyədə onkoloji xəstəliyi ilə bağlı müalicədə olan iş adamı Xalid Kərimovun prosesdə onlayn ifadəsi dinlənilib.
 

Ötən proseslərdə zərərçəkənin ifadəsi eyni formatda dinlənilsə də, dövlət ittihamçısı bu ifadəni zərərçəkənin hansı şəraitdə verməsinə əmin olmadığını bildirərək bunu məhkəmə üçün sübut kimi qiymətləndirməyib və ondan növbəti ifadənin alınması ilə bağlı bir sıra tələblər irəli sürüb.


Xalid Kərimov isə növbəti dəfə prosesə Türkiyənin İstanbul şəhərindəki polisin inzibati binasından canlı bağlantı vasitəsilə qoşularaq prokurorun tələblərinə uyğun ifadəsini verib.
Zərərçəkən əvvəlki ifadələrini bu dəfə də təsdiqləyərək Aybəniz Xəlilovaya qarşı hər hansı bir iddiasının olmadığını və polisə bu şikayətinin tənbeh xarakterli olmasına rəğmən müəyyən məsul şəxslərin marağı ilə mövcud vəziyyətə gəlib çatmasını deyib.
Zərərçəkən iş adamı ittihamdakı Aybəniz Xəlilovanın onda hədə-qorxu ilə külli miqdarda pul alması faktını təkzib edərək, bunu müstəntiqin yol verdiyi yanlışlıq kimi qiymətləndirib. O, ifadəsi zamanı, həmçinin bildirib ki, Aybəniz Xəlilovaya qarşı hər hansı bir iddia tələbi də yoxdur və buna görə A.Xəlilovadan onu bağışlamasını istəyib.
Zərərçəkənin budəfəki ifadəsi məhkəmə protokollarına qeyd edilərək sübut kimi qiymətləndirilib.
Fevralın 17-də keçirilməsi nəzərdə tutulan növbəti proses zərərçəkənə veriləcək suallarlə işini davam etdirəcək.
 

Qeyd edək ki, X.Kərimov A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 500 min manat pul tələb edib. Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2-cü maddəsi üzrə ittiham irəli sürülüb.


Onu da qeyd edək ki, zərərçəkən və təqsirləndirilənin yaxınlarının təqdim etdikləri sübutlar və şikayəti əsasında sözügedən cinayət işinin ibtidai istintaqını həyata keçirən Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Nizami Məhərrəmovla bağlı xidməti yoxlamalar aparılıb. O, tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. (Oxu.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Yanvar 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri