Bənizin eks həyat yoldaşının cəsədi tapıldı
Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.
İstanbulda azərbaycanlı iş adamı yaşadığı evdə ölü vəziyyətdə tapılıb.
OLAY yazır ki, “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin Qaziosmanpaşa rayonunda yerləşən binada qeydə alınıb.
Bildirilir ki, mənzildən yayılan pis qoxudan narahat olan qonşular bu barədə polisə məlumat veriblər. Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yanğınsöndürmə briqadasının köməyi ilə qapısı açılan mənzilə daxil olan polis burada bir nəfərin cansız bədənini aşkar edib. Tibb işçilərinin apardığı müayinədən sonra həmin şəxsin Azərbaycan vətəndaşı Rövşən Zeynalov olduğu müəyyənləşib.
Mənzildə həmçinin Zeynalovun bacısı Mətanət Zeynalova yataq otağında yatarkən aşkarlanıb. Psixi problemləri olduğu güman edilən qadının ölmüş qardaşı ilə təxminən 1 həftə eyni mənzildə yaşadığı məlum olub.
Evdə qan izlərinə də rast gəlinib. Dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün Rövşən Zeynalovun cənazəsi Məhkəmə Tibb Qurumunun morquna aparılıb. Faktla bağlı araşdırma başlanılıb.
“Unikal”ın məlumatına görə, 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək.
Əslən Qubadlı rayonundan olan R.Zeynalovun Türkiyədə ayaqqabı biznesi ilə məşğul olduğu bildirilir.
Həmçinin qeyd edilib ki, Rövşən Zeynalov “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin adlı övladları var.
Xatırladaq ki, sevgilisindən şantaj yolu ilə 1 milyon manata yaxın pul tələb etməkdə ittiham olunan tiktoker Aybəniz Xəlilova (Bəniz) bir neçə gün öncə 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 12 Avqust 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















