Icma.az
close
up
RU
Benzia “Qarabağ”dan məmnundur: “Hər matçda qalib gəlməyə fokuslanmışıq”

Benzia “Qarabağ”dan məmnundur: “Hər matçda qalib gəlməyə fokuslanmışıq”

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianın dünən “Səbail”ə qalib gəldikləri (4:1) oyundan sonra jurnalistlərə müsahibəsi

– 30-cu turda “Səbail”i məğlub etdiniz. Sizi çempionluğa daha da yaxınlaşdıran qələbəni necə şərh edərdiniz?

– Gözəl oyun sərgilədiyimizi düşünürəm. Matça yaxşı başladıq, ardıcıl qollar vurduq. Bundan sonra da dayanmadıq. İkinci hissədə də fərqlənməyə nail olduq. Qalib gəldiyimiz üçün çox şadıq. Artıq qarşıdakı matçları düşünməliyik.

– Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Uğurlu çıxışı həmin matçda da davam etdirmək mümkün olacaq?

– Bir həftə vaxtımız var. Dincəlib, həmin görüşə hazırlaşacağıq. “Neftçi” ilə oyun derbidir. Təbii ki, matçın çox çətin keçəcəyi məlumdur. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, qalib gələk və azarkeşlərimizi sevindirək.

– “Zirə” “Neftçi”yə uduzsa, “Qarabağ” artıq növbəti turda çempionluğunu rəsmiləşdirə bilər…

– Bəli, bu haqda məlumatım var. Lakin indidən çempionluq barədə düşünmürük. Düzdür, hazırda ikinci pillə ilə aramızda kifayət qədər xal fərqi var. Bununla belə, sona qədər konsentrasiyamızı qorumalıyıq. Biz hər matçda qalib gəlməyə fokuslanmışıq.

– “Neftçi” ilə matçdan sonra isə kubokun cavab oyunu gəlir. Final şansını necə dəyərləndirirsiniz?

– Hələlik kubok matçı barədə düşünmürük. Yalnız “Neftçi” ilə görüşdən sonra “Araz-Naxçıvan” barədə fikirləşəcəyik. İlk görüşdə uduzsaq da, hələ heç nə bitməyib. Vəziyyəti dəyişmək üçün sona kimi mübarizə aparacağıq.

– Bu mövsümün sonu “Qarabağ”la müqaviləniz başa çatır. Sizi gələn mövsüm də klubda görə biləcəyik?

– Bəli, müqaviləm mövsümün sonunda başa çatır. Artıq danışıqlara başlamışıq, lakin indidən dəqiq bir söz deyə bilmərəm. Təbii ki, “Qarabağ”da olmaqdan məmnunam. Baş məşqçi, klub, bir sözlə, hər şey ürəyimcədir. Lakin danışıqların necə yekunlaşacağını zaman göstərəcək.

Mənbə: Futbolinfo.az
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Aprel 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri