Icma.az
close
up
RU
Uşaq istismarına 16 il həbs: Övladlarımızı necə qoruyaq?

Uşaq istismarına 16 il həbs: Övladlarımızı necə qoruyaq?

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

"Uşaqların beynində qurduğu təsəvvürlər çox zaman reallıqdan xeyli fərqlənir və daha qorxulu ola bilir. Buna görə də valideynlər ilkin mərhələdə övladlarına yanlış, təhrif olunmuş və xəstə cinsəlliklə bağlı məlumatları kənar mənbələrdən öyrənməyə imkan verməməlidirlər. Əksinə, bu mövzuda uşaqları düzgün şəkildə yönləndirmək valideynin əsas vəzifəsidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib. 
"Burada əsas məsələ uşaqların cinsi tərbiyəsi və məhrəmiyyət hissinin formalaşdırılmasıdır. Məhrəmiyyət anlayışı ilk növbədə ailədən başlayır. Uşağın nəyisə valideyndən gizlətməsinin iki əsas səbəbi ola bilər. Birincisi, bunun yanlış olduğunu anlamaması, ikincisi isə valideyndən qorxmasıdır. Buna görə valideynlər övladları ilə səmimi münasibət qurmalı, uşağa hər şeyi açıq şəkildə danışa biləcəyini və problemləri birlikdə həll edəcəklərini göstərməlidirlər".
O bildirib ki, uşaqlara məhrəmiyyət hissi öyrədilməlidir:
"Bu o deməkdir ki, heç kəs uşağın istəyi olmadan ona toxuna bilməz və xüsusilə erogen zonalara toxunmaq qəti yolverilməzdir. Böyük problemlərdən biri də valideynlərin uşaqları istəmədikləri halda kimisə öpməyə, qucaqlamağa məcbur etməsidir. Halbuki uşaqlar öz hisslərini böyüklərdən daha yaxşı dərk edirlər. Valideynlər bu məsələdə övladlarına qulaq asmalı və istəmədikləri davranışları onlara zorla etdirməməlidirlər.
Eyni zamanda valideynlər övladları ilə hər gün səmimi söhbət etməli, günlərinin necə keçdiyi ilə maraqlanmalı və davranışlarını diqqətlə izləməlidirlər. Uşağın həyatında onu narahat edən, incidən və ya zorakılıq xarakterli bir hadisə baş verdikdə bu, mütləq davranışlarında özünü göstərir. Yuxu rejimi pozula, hərəkət və emosiyalarında dəyişiklik yarana bilər. Valideynlər bu dəyişiklikləri vaxtında hiss etməli və övladlarını yaxşı tanımalıdırlar".
Onun sözlərinə görə, xərurət olduqda uşaqların psixoloji diaqnostikadan keçirilməsi də faydalıdır:
"Bu, həm uşağın valideynə açıq danışmasına şərait yaradır, həm də baş verən hadisənin düzgün və ya yanlış olduğunu anlamağına kömək edir. Çünki uşaqlar bu mövzularla bağlı məlumatları çox vaxt kənar mənbələrdən aldıqları üçün bunun zərərli tərəflərini dərk etməyə bilərlər".
Qeyd edək ki, Tərtərdə 13 yaşlı yeniyetmə qadın müəllimin əri tərəfindəm cinsi istismara məruz qalıb, şəxsə 16 il hökm oxunub.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Dekabr 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri