Icma.az
close
up
RU
Benzinə su qarışdırılıb, yoxsa “günah” yağışdadır? “Lukoil” məhkəməyə verilə bilər

Benzinə su qarışdırılıb, yoxsa “günah” yağışdadır? “Lukoil” məhkəməyə verilə bilər

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər sosial şəbəkələrdə sürücülər “Lukoil” yanacaqdoldurma məntəqəsində (YDM) avtomobillərə yanacaq vurulduqdan sonra çənlərində su yığılması ilə bağlı iddia səsləndiriblər. “Lukoil” isə bunu yağışla əlaqələndirib.

Açıqlamada deyilir: “İlkin ehtimal bundan ibarətdir, son günlər yağan intensiv yağışlar fəsadlar törədib, Aİ-95 markalı benzinin olduğu çənə qrunt suları dolub. Operatorların ya təcrübəsizliklərindən, ya da diqqətsizliklərindən çəndəki benzin sonadək istifadə edilib. Bunun da səbəbi həmin dövrdə yeni benzinin gəlməməsi olub”.

Doğrudanda “Lukoil” YDM-lərində baş verənlər təbiətin günahıdır, yoxsa burda insan faktoru var?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, paylaşılan görüntülər və ictimaiyyətdə yaranan narazılıqlar anlaşılandır.

Onun fikrincə, məsələ ciddi araşdırılmalıdır:

Aslan Əsədov

“Bir yanacağa nəzarət edilməsi, onların müəyyən sahədə hansı qaydalarla istismar olunması, satılması, alınması, daşınması, saxlanılması və s. hamısı bir nöqtədə cəmləşir. Nəticədə isə bu, müxtəlif sualların yaranmasına gətirib çıxarır. Əlbəttə, təbiət hadisələri zamanı belə məsələlərin daha çox qabarmasının səbəbi var. Çünki işin zəif tərəfi yalnız fors-major hallarda və ya təbiət hadisəsi zamanı üzə çıxır. İndi də bu problem üzə çıxıbsa, deməli, daha ciddi araşdırılmalıdır. Əgər “Lukoil”də anbara su sızıbsa, o zaman digər yanacaqdoldurma məntəqələrində də qüsurlar aşkarlanmalıdır. Düşünürəm ki, bir məntəqədə baş verənlərdən başqaları da dərs çıxarmalıdır. İstənilən YDM-nin sahibi ilk növbədə öz əməllərinə, iş prinsipinə cavabdeh olmalı, insanların haqqına girməməlidir”.

Neft Araşdırmaları Mərkəzinin sədri, iqtisadçı İlham Şaban deyib ki, baş verənlərin aydınlaşdırılması hüquqi müstəvidə olmalıdır:

İlham Şaban

“Yəni zərərçəkmiş(lər) öz hüquqlarını məhkəməyə müraciət etməklə müdafiə etməlidirlər. Başqa yol ancaq müxtəlif fikirlərin çoxalması və nəticənin yoxluğuna aparır. “Lukoil” dəymiş ziyanı ödəyibsə, demək, günahını etiraf edib və zərərçəkmişi də razı salıb. Bir sözlə, mübahisə predmetini həll etməyə nail olub”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri