Icma.az
close
up
RU
Benzinin qiyməti haqda önəmli AÇIQLAMA

Benzinin qiyməti haqda önəmli AÇIQLAMA

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər Azərbaycanda qələm əhli, dəyərli jurnalistlər tez-tez sual verirlər ki, 2026-cı ildə ölkədə benzin-dizel qiymətləri artacaq, ya yox?!

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib.

O qeyd edib ki, Azərbaycanda Aİ92 və dizel qiymətlərini hökumət müəyyənləşdirir, qiymət təyin edəndə dünya bazarı, məntiq nəzərə alınmır, ancaq hökumətin öz “məntiqi” işləyir:

"Ona görə də, iqtisadçılar bu haqda proqnoz verə bilmirlər, çünki, peşəkar iqtisadçı trendləri, dünyada neft qiymətləri, qonşu ölkələrdəki vəziyyəti, ölkə daxilində vergi-aksiz siyasətini nəzərə alıb analiz edir. Azərbaycanda isə bu kriterlər işləmir.

Məsələn, Azərbaycanda hökumət ən son 2024-cü ilin 30 iyun tarixində qiymətləri artırdı, Aİ92 litrə görə 10 qəpik, dizel isə 20 qəpik bahalaşdı. Rəsmi açıqlamada da dedilər ki, dünyada neft bahalaşıb, ona görə bu addımı atıblar – 2024-cü ilin iyun ayının 30-da “Brent” markalı neftin bareli 86 dollar idi.

Yəni, hökumətin qərar verərkən arqumenti dünyada neft qiymətləridirsə, bu gün “Brent” markalı nefrin qiyməti 63 dollardır, deməli, əsl məntiqi ardıcıllıq qursaq, indi hökumət yığışıb benzin-dizelin qiymətini, heç olmasa, 10-15% ucuzlaşdırmalıdır. Gələn il isə neft qiyməti daha aşağı olacaq, 2026-cı ilin ortalama qiymət koridoru 55-65 dollar arası olması gözlənilir.

Deməli, hökumət benzin-dizelin qiymətini artırmamalı, hətta, heç olmasa özləri-öz məntiqlərinə hörmət edirlərsə, bir az ucuzlaşdırmalıdır. Amma, edəcəkmi, ucuzlaşma olacaqmı – inanmıram. Bahalaşdıra bilərlərmi – bəli, buna inanıram, çünki bizim bildiyimiz, anladığımız məntiqlə, hökumətin, əsas da hüquqşünas olan iqtisadi blok nazirlərinin “məntiqi” eyni deyil"...


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Dekabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri