Pekin ABŞ nin Çin şirkətlərini qara siyahı ya salmasına etiraz edir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Pekin, 29 oktyabr, AZƏRTAC
Çinin Kommersiya Nazirliyi ABŞ-nin 3 Çin genomika şirkətini "Uyğurların məcburi əməyinin qarşısının alınması haqqında qanun" çərçivəsindəki təşkilatlar siyahısına daxil etmək qərarını kəskin şəkildə pisləyib və buna qəti etirazını bildirib.
AZƏRTAC xəbər verir ki, Çin tərəfi öz maraqlarını qorumaq üçün zəruri tədbirlər görəcəyini bəyan edib. Çində məcburi əməyin mövcud olmadığını bəyan edən nazirliyinin sözçüsü Sincan Uyğur Muxtar Rayonundakı bütün etnik qrupların nümayəndələrinin məşğulluq sahəsində azadlıq və bərabərlikdən faydalandıqlarını, onların əmək hüquqları və maraqlarının qanunvericiliyə uyğun qorunduğunu deyib.
Nazirlik rəsmisi qeyd edib ki, ABŞ-nin bu addımlarının heç bir faktiki əsası yoxdur. Onun sözlərinə görə, Vaşinqtonun bu addımı iki ölkə rəhbəri arasında əldə edilmiş razılaşmalara ziddir, Çin-ABŞ iqtisadi və ticarət əlaqələrinin sabitliyinə ciddi zərbə vurur və humanizm prinsiplərinə ziddir.
Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Departamentinin internet səhifəsində yerləşdirilən bəyanata əsasən, ABŞ Çinin "BGI Genomics Co Ltd", "MGI Tech Co Ltd" və "Shenzhen BGI Technology Co Ltd" şirkətlərini etnik uyğurların məcburi əməyə cəlb edilməsi iddiası ilə sözügedən siyahıya daxil edib. Bu addım həmin 3 şirkətdən idxalın qadağan edilməsi deməkdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 29 Oktyabr 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















