Icma.az
close
up
RU
Bərabərsizliyin ağır nəticəsi

Bərabərsizliyin ağır nəticəsi

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Milyonlarla uşaq əmək istismarının qurbanıdır...

Uşaqlar cəmiyyətin ən dəyərli sərvəti, gələcəyin qurucuları və sabahın ümid mənbəyidir. Uşaqlıq isə insan həyatının ən qayğısız, rəngarəng və vacib inkişaf dövrüdür. Ancaq dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla uşaq yoxsulluq, sosial bərabərsizlik, silahlı münaqişələr və digər çətinliklərin qurbanı olur. Bu səbəbdən öz yaşlarına uyğun olmayan işlərdə çalışaraq həm fiziki, həm də psixoloji baxımdan ciddi risklərlə üz-üzə qalırlar.

Uşaq Hüquqları Konvensiyasına əsasən, uşaq əməyinin istismarı qadağandır. Buna baxmayaraq, dünyada elə ölkələr var ki, oradakı zavodlarda, fabriklərdə və fermer təsərrüfatlarında uşaq əməyindən istifadə edilir. Milyonlarla uşaq dünyanın bir çox ölkəsində xoşbəxt uşaqlığın nə olduğunu bilmir. Onlar ölkələrinin iqtisadiyyatı zəif olduğu üçün işləməyə məcburdurlar. Lakin dünyanın hər bir yerində uşaqlar öz enerjilərini fərdi bilik və bacarıqlarının artırılmasına yönəltməlidirlər. Əməyi istismar edilən uşaq gələcək arzu və istəklərindən məhrum olur.

Dəhşətli statistika...

Bu gün iqtisadiyyatı zəif olan və sosial baxımdan ehtiyacı artan ölkələrdə 250 milyondan çox azyaşlı uşaq işləyir. Beynəlxalq təşkilatların məlumatlarına görə, dünyada uşaq əməyinin istismarına Asiya ölkələrində 153 milyon, Afrikada 80 milyon, Cənubi Amerika ölkələrində isə 17 milyona qədər azyaşlı uşaq məruz qalır. Həmin uşaqlar dözülməz şəraitdə işlədilir və bir çox hallarda öz sağlamlıqlarını itirirlər. Əksər hallarda azyaşlılar hərbi konfliktlərə cəlb edilirlər.

İlk yeri bu ölkə tutur

Uşaq əməyinin istismarı hallarının 69 faizi kənd təsərrüfatı sahəsinin payına düşür. Uşaqlar bu sahədə əsasən tütün, pambıq, düyü və kakao yığımında istifadə olunurlar. Myanma uşaq əməyinin istismarına görə ilk yeri tutur.

Bundan başqa Hindistan, Braziliya, Banqladeş, Filippin, Nepal, Somali, Şimali Koreya, Şri-Lanka, Əfqanıstan da bu siyahıya daxildir.

Uşaqların 40 faizi təhsil ala bilmir...

Myanmada 7 yaşına çatmış hər üç uşaqdan biri işləyir. Bu uşaqlar çox ağır işlərdə çalışırlar. Yaxın günlərə qədər uşaq əməyi hərbi sahədə də istifadə edilirdi. Uşaqlar orduda təmizlik işləri və yük daşımaqla məşğul olurdular.

Yeri gəlmişkən, iyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd edilir. Beynəlxalq Əmək Təşkilatı tərəfindən ilk dəfə 2002-ci ildən qeyd edilən bu günün məqsədi cəmiyyətin diqqətini mövcud problemə yönəltmək və uşaq əməyinin ləğvinə nail olmaqdır.

Ölkəmizdə uğurlu sosial siyasətin prioritetlərindən biri kimi, uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək  layiqli vətəndaş kimi yetişmələri üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir istiqaməti də uşaq əməyinin istismarına qarşı mübarizəyə yönəlib. Ötən dövrdə ölkəmiz BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulub. Milli qanunvericilik həmin sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar, həmçinin BƏT-in “İşə qəbul etmək üçün minimum yaş həddi haqqında”, “Uşaq əməyinin  ən pis formalarının  qadağan edilməsinə və onların  aradan qaldırılması üçün təcili tədbirlərə dair” konvensiyaları əsasında təkmilləşdirilib.

Azərbaycan qanunvericiliyi uşaqların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək işlərə cəlb edilməsini qadağan edir. Ölkəmizin Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Bu yaşa çatmamış uşaqlarla bağlanılan əmək müqaviləsi etibarsız sayılmaqla, belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşdan 18 yaşadək işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər müəyyən olunub.

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 İyun 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see479

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see350

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see346

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see331

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see326

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see326

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see302

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see299

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see299

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see291

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see286

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see285

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see274

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see266

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see265

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see244

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see243

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see229

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see214

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri