BərdəAğdam dəmir yolu xəttinin yenidən qurulmasında Ağdamda istehsal olunan avadanlıqlardan istifadə edilir AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Ağdam, 9 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Rail Trans Service” MMC-nin Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunda rabitə və işarəvermə avadanlıqları - işıqforlar, mikroprosessor sistemi, yol qutuları, inteqrallar və sair istehsal olunur. Zavodun istehsal etdiyi avadanlıqlardan Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulmasında istifadə edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, MMC 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. 2024-cü ilin sentyabr ayında MMC-nin Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodu fəaliyyətə başlayıb. Zavodda əsasən yerli sakinlər olmaqla, 30-a yaxın işçi fəaliyyət göstərir. Gələcəkdə işçilərin sayının 70 nəfərə çatdırılması nəzərdə tutulub.
Zavodda istehsal olunan avadanlıqlar həm daxili, həm də xarici bazar üçün nəzərdə tutulur. Məhsulların MDB və Baltikyanı ölkələrə ixrac olunması üçün danışıqlar aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 09 Yanvar 2025 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















