Icma.az
close
up
RU
Bərdədə ötən il görülmüş işlərin yekunları haqda yığıncaq keçirildi Fotolar

Bərdədə ötən il görülmüş işlərin yekunları haqda yığıncaq keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yanvarın 22-si Bərdədə 2025-ci ildə rayon üzrə sosial-iqtisadi sahələrdə görülmüş işlərin yekunlarına və  2026-cı ildə qarşıda duran əsas vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 7-ci ərazi sektorunun müdiri Qiyas Yusifov, Milli Məclisin deputatı Xanlar Fətiyev, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, eləcə də hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, yerli QHT nümayəndələri, ictimai təşkilatların təmsilçiləri, ağsaqqallar, şəhid ailələri və qazilər, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edərək, abidənin önünə gül dəstələri düzüblər.

Sonra tədbir rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirilib. Tədbir iştirakçıları rayonda istehsal edilən yerli məhsulların nümayiş olunduğu sərgi ilə yaxından tanış olublar.

Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxışında qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış ölkəmizin davamlı inkişafını təmin edən dövlət idarəetmə modeli Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir.

O, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, məşğulluq, sosial müdafiə, təhsil, səhiyyə, infrastruktur, abadlıq-quruculuq və kommunal xidmətlər sahələri üzrə 2025-ci ildə Bərdə rayonunda görülmüş işlər və əldə olunan nəticələr barədə məlumat verib.

Çıxışda vətəndaş müraciətlərinin qəbulu, araşdırılması və operativ həlli istiqamətində görülən tədbirlər, müraciətlərin say dinamikası və həll səviyyəsi xüsusi vurğulanıb. Eyni zamanda rayonun sosial-iqtisadi inkişaf perspektivləri və 2026-cı ildə qarşıda duran əsas vəzifələr diqqətə çatdırılıb.

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxışında rayon təşkilatının fəaliyyəti və ictimai-siyasi sabitliyin qorunması istiqamətində görülən işlərdən bəhs etmiş, Prezident İlham Əliyevin siyasi kursunun cəmiyyət tərəfindən dəstəkləndiyini qeyd edib.

O, gənclərin partiya sıralarına qəbulu prosesinin davamlı xarakter daşıdığını, həmçinin Vətən müharibəsindən sonra şəhid analarının da Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etmələrinin partiyaya olan yüksək etimadın və ictimai dəstəyin göstəricisi olduğunu vurğulayıb.

Hesabat ətrafında aparılan müzakirələr zamanı digər çıxışçılar – hüquq-mühafizə orqanlarının, kənd təsərrüfatı, səhiyyə, su təsərrüfatı qurumlarının rəhbərləri rayonda öz sahələri üzrə görülmüş işlər, mövcud problemlər və 2026-cı il üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə fikirlərini bildiriblər.

Daha sonra çıxış edən Qiyas Yusifov iclası yekunlaşdıraraq bildirib ki, 2025-ci ildə Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf, quruculuq və bərpa sahələrində mühüm nailiyyətlər əldə edilib.

O, Qələbədən sonra icra olunan “Böyük Qayıdış” proqramı, sosial rifahın yüksəldilməsi və regionların tarazlı inkişafının dövlət siyasətinin əsas prioritetlərini təşkil etdiyini, bu uğurlar fonunda Bərdə rayonunda da sosial-iqtisadi göstəricilərin yüksəldiyini, əhalinin rifahı və məmnunluğunun artdığını qeyd edib. Çıxışında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasını xatırladan sektor müdiri qarşıya qoyulan vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə icra olunacağını bildirib.

Hesabat yığıncağının yekunlarına dair qərar layihəsi Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Sadiq Xəlilov tərəfindən oxunaraq tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.


























Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri