Icma.az
close
up
RU
“Berlin danışıqları: sülhə doğru addım, yoxsa uzanan proses?“ “The Telegraph“

“Berlin danışıqları: sülhə doğru addım, yoxsa uzanan proses?“ “The Telegraph“

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qərb nikbin danışsa da, təhlükəsizlik zəmanətləri və ərazi məsələsi hələ də əsas maneədir..."

Berlində ABŞ, Ukrayna və Avropa liderləri arasında keçirilən danışıqlar müəyyən irəliləyiş yaratsa da, Rusiya-Ukrayna müharibəsinin yaxın zamanda başa çatacağı hələ real görünmür.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Qərb mediası vurğulayır ki, Tramp administrasiyasının nikbin bəyanatlarına baxmayaraq, proses hələlik "vasitəçi diplomatiyası" mərhələsindən kənara çıxmayıb.

Təhlükəsizlik zəmanətləri var, amma mexanizm hələ qeyri-müəyyəndir

Avropa liderləri Ukrayna üçün çoxmillətli qüvvələr, hüquqi təhlükəsizlik öhdəlikləri, atəşkəsə nəzarət mexanizmi və müharibədən sonrakı bərpa investisiyalarını əhatə edən zəmanətlər paketi təklif ediblər. ABŞ isə Kiyevə "platin səviyyəli" təhlükəsizlik zəmanətləri vəd etdiyini bildirsə də, bu zəmanətlərin konkret forması açıqlanmayıb və ABŞ qoşunlarının Ukraynaya göndərilməsi istisna olunur.

"The Washington Post" qeyd edir ki, Vaşinqton NATO-ya üzvlük riskini üzərinə götürmədən, ona bənzər zəmanət mexanizmi qurmağa çalışır. Lakin tərəflər hələlik danışıqlar yolu ilə sürətli kompromisə hazır görünmür.

Ərazi məsələsi əsas maneə olaraq qalır

Ən ciddi fikir ayrılığı Rusiya tərəfindən işğal olunmuş ərazilərin taleyi ilə bağlıdır. "Axios" yazır ki, ABŞ planında Ukraynanın Donbasın təxminən 14 faizindən geri çəkilməsi ehtimalı müzakirə olunur, lakin Kiyev bunu qəti şəkildə rədd edir və Donbasın nə de-yure, nə də de-fakto Rusiya kimi tanınmayacağını vurğulayır.

Polşanın baş naziri Donald Tusk ABŞ, Avropa və Ukraynanın eyni mövqedən çıxış etdiyini desə də, Milada qədər atəşkəsin əldə olunmasını az ehtimal hesab edir. "The Telegraph" isə xəbərdarlıq edir: Rusiya real güzəştlərə hazır olmadan, təhlükəsizlik zəmanətləri və ərazi məsələsi həll edilmədən müharibənin tezliklə bitəcəyini söyləmək hələ tezdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri