Icma.az
close
up
RU
Berlin formatı: Rusiya olmadan sülhə doğru yeni addım

Berlin formatı: Rusiya olmadan sülhə doğru yeni addım

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün sülh danışıqları Berlində “istəkli ölkələr koalisiyası”na daxil olan 14 ölkənin dövlət və hökumət başçıları, həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndələrinin iştirakı ilə davam etdirilib.

Belə ki, Almaniya kanslerinin ofisində keçirilən görüşdə Fridrix Merz, Ukrayna Prezidenti Vladimir Zelenski, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner, ABŞ-ın xüsusi elçisi Stiv Uitkof, Fransa Prezidenti Emmanuel Makron, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, NATO-nun Baş katibi Mark Rutte, Danimarkanın Baş naziri Mette Frederiksen, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliyanın Baş naziri Corciya Meloni, Norveçin Baş naziri Yonas Qar Store, Polşanın Baş naziri Donald Tusk və Niderlandın Baş naziri Dik Sxof iştirak ediblər.

Dövlət və hökumət başçıları yaydıqları birgə bəyanatda Ukrayna üçün çoxmillətli qüvvələrin yaradılmasını dəstəklədiklərini bildiriblər.

Bəs yaxşı, bu format əvvəlki Minsk və ya İstanbul danışıqlarından nə ilə fərqlənir?

Berlin görüşünün xarakterini anlamaq üçün onu əvvəlki danışıqlarla müqayisə etmək vacibdir.

Məsələn, Minsk görüşü:

Ukrayna, Rusiya, Almaniya və Fransa (“Normandiya formatı”) iştirak edirdi. BMT və digər beynəlxalq aktorlar daha çox müşahidəçi rolunda idilər.

İstanbul görüşü:

Rusiya və Ukrayna birbaşa iştirak etdi, bəzi tərəflər (Türkiyə, BMT) vasitəçi rolunda çıxış etdi.

Nəhayət, Berlin görüşü:

14 ölkə “istəkli ölkələr koalisiyası” olaraq qatılıb, ABŞ-nin xüsusi nümayəndələri də prosesdə aktivdir. Burada Rusiya iştirak etmir, amma qərarların formalaşmasında onun reaksiyası nəzərə alınır.

Fərq odur ki, Berlin görüşündə münaqişənin nəticəsi barədə qərarlar artıq çoxmillətli və Qərb tərəfi tərəfindən təsirli şəkildə koordinasiya olunur. Minsk və İstanbul daha çox iki tərəfli razılaşmalar və vasitəçilik üzərində qurulmuşdu.

Üstəlik, Minsk görüşündə əsasən atəşkəs və humanitar yardım, ərazi kompromisləri, siyasi status məsələlərini tənzimləməyə yönəlmişdi.

İstanbul görüşü müvəqqəti humanitar addımlar və sülh yolu ilə razılaşma cəhdləri.

Berlin görüşü isə “Çoxmillətli qüvvələr” və təhlükəsizlik təminatı kimi konkret hərbi və siyasi mexanizmlər müzakirə olunur.

Açıq şəkildə görünür ki, Berlin formatı əvvəlkilərdən daha geniş iştirakçı koalisiyası, aktiv hərbi-strateji planlama və Rusiya olmadan sülh mexanizmləri qurmaq baxımından fərqlənir. Əvvəlki görüşlər daha çox vasitəçilik və razılaşma çağırışları üzərində qurulmuşdu.

Günay

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Dekabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri