Icma.az
close
up
RU
Berlində 17 ci Petersberq İqlim Dialoqu işə başlayıb

Berlində 17 ci Petersberq İqlim Dialoqu işə başlayıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Berlin, 21 aprel, AZƏRTAC

Almaniyanın paytaxtı Berlində 17-ci Petersberq İqlim Dialoqu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, aprelin 22-dək davam edəcək tədbir COP31 konfransına ev sahibliyi edəcək Türkiyə və COP31 üzrə danışıqların rəhbərliyini üzərinə götürəcək Avstraliya ilə sıx əməkdaşlıq çərçivəsində təşkil olunub. Tədbirə 40-dan çox ölkədən 400 iştirakçı, o cümlədən nazirlər, vətəndaş cəmiyyətinin, elm, maliyyə və biznes sektorlarının yüksəksəviyyəli nümayəndələri qatılıblar.

Konfransın məqsədi 2026-cı il üzrə iqlim gündəliyinin prioritetlərini və COP31 çərçivəsində əsas məsələləri müzakirə etmək, erkən mərhələdə siyasi ittifaqlar və tərəfdaşlıqlar formalaşdırmaq, uğurlu transformasiya nümunələrini nümayiş etdirmək, eləcə də iddialı iqlim siyasətinin iqtisadi inkişafa və rəqabət qabiliyyətinə töhfəsini vurğulamaqdır.

Petersberq İqlim Dialoqunun aprelin 22-də keçiriləcək Yüksək Səviyyəli Seqmentində BMT-nin Baş katibinin videomüraciəti dinləniləcək, Almaniya Kansleri Fridrix Merts çıxış edəcək.

2010-cu ildən keçirilən Petersberq İqlim Dialoqu özünü iqlim diplomatiyası sahəsində əsas tədbir kimi təsdiqləyib. Builki tədbirdə əsasən iqlim siyasətinin təhlükəsiz enerji təchizatına töhfələri diqqət mərkəzində saxlanılacaq. Müzakirələr xüsusilə iqtisadiyyatın, nəqliyyatın və isitmə sistemlərinin elektrikləşdirilməsinə, eləcə də kömür, neft və qazı əvəz etmək üçün bərpaolunan enerji mənbələrinin genişləndirilməsinə yönələcək. Beynəlxalq iqlim maliyyələşməsi də tədbirin gündəliyində əsas yer tutur.

COP31 bu il noyabrın 9-20-də Türkiyənin Antalya şəhərində keçiriləcək.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri