Icma.az
close
up
RU
Berlində 16 cı Petersberq İqlim Dialoqu keçirilib

Berlində 16 cı Petersberq İqlim Dialoqu keçirilib

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Martın 25-26-da Berlində beynəlxalq iqlim gündəliyində yer alan əsas tədbirlərdən biri – 16-cı Petersberq İqlim Dialoqu (PCD) keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Braziliyada keçiriləcək COP30-a hazırlıq məqsədilə təşkil edilən tədbirdə xüsusilə COP29-un Bakıda keçirilməsindən sonra iqlim maliyyəsi və enerji keçidi ilə bağlı qlobal öhdəliklər diqqət mərkəzində saxlanılıb. Məqsəd qlobal çağırışlara birgə həll yolları tapmaq və iddialı iqlim hədəflərinin həyata keçirilməsi üçün siyasi konsensusu gücləndirmək olub. Müzakirələrdə emissiyaların azaldılması, qalıq yanacaqlardan imtina, bərpaolunan enerjinin artırılması və iqlim maliyyəsinin genişləndirilməsi məsələlərinə diqqət çəkilib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok çıxışında beynəlxalq iqlim mühafizəsi formatları vasitəsilə sənaye ölkələri ilə inkişaf etməkdə olan dövlətlər arasında “köhnə uçurumlar”ın aradan qaldırılmasının mümkünlüyünü vurğulayıb.

Kansler Olaf Şolts diqqətə çatdırıb ki, insan amili nəticəsində yaranmış iqlim dəyişikliyi təhlükəsizlik siyasətinin ən vacib məsələlərindən biridir. ABŞ-ın Paris İqlim Sazişindən çıxmasını yanlış addım kimi qiymətləndirən Olaf Şolts bildirib ki, 2024-cü ildə qlobal enerji keçidinə yatırılan investisiyalar iki trilyon dollarlıq həddi keçib. Bu da dünya üzrə neft ticarətinin ümumi həcminə bərabərdir. ABŞ-ın Paris İqlim Sazişindən yenidən çıxması hazırda beynəlxalq iqlim diplomatiyasına ciddi təsir göstərir.

Tədbirə videokonfrans rejimində qoşulan BMT-nin Baş katibi Antonio Quterreş qeyd edib ki, bərpaolunan enerji iqtisadiyyatları yeniləyir, artımı sürətləndirir, yeni iş yerləri yaradır, enerji xərclərini azaldır və havanı təmizləyir. O, hökumətləri, cəmiyyətləri və müxtəlif sektorları daha fəal əməkdaşlığa çağırıb.

Braziliyada keçiriləcək BMT İqlim Konfransının (COP30) prezidenti Andre Korrea do Laqo bütün dövlətləri hərəkətə keçməyə dəvət edib. Bildirib ki, çoxtərəflilikdən başqa alternativ yoxdur. O, həmçinin iqlim siyasətində hər bir ölkənin öz yolunu tapmasının vacibliyini vurğulayıb.

Avropa İttifaqının (Aİ) iqlim üzrə komissarı Vopke Hoekstra 2015-ci ildə Paris İqlim Sazişində müəyyən edilmiş 1,5°C temperatur artımı hədəfinə çatmaq üçün yeni ambisiyalı iqlim hədəflərini açıqlayıb. Lakin o, Avropa İttifaqının hələ də milli iqlim hədəflərini (NDC) təqdim etməkdə gecikdiyini deyib.

16-cı Petersberq İqlim Dialoqunun gündəmində emissiyaların azaldılması ilə yanaşı, Dubayda keçirilmiş COP28-də qəbul edilən qlobal hədəflər də yer alıb. Bu baxımdan nazirlər “Bakıdan Belemə Yol xəritəsi” adlı plana dair fikir mübadiləsi aparıblar. Xüsusilə Bakıdakı İqlim Konfransının gündəmində mühüm yer tutan iqlim mühafizəsi üçün inkişaf etməkdə və keçid dövründə olan ölkələrdə daha çox maliyyə resursu cəlb etmək üçün beynəlxalq səviyyədə mexanizmlərin və yolların müəyyənləşdirilməsi məsələləri diqqət mərkəzində saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Mart 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri