Berlində texnoparaddan sonra 50 nəfər xəstəxanaya yerləşdirilib
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avqustun 15-də Berlində keçirilən "Rave The Planet" texnoparadından sonra 50 iştirakçı xəstəxanalara aparılıb.
"Report"un xəbərinə görə, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, onların özlərini pis hiss etmələrinə tədbir zamanı aldıqları xəsarətlər, eləcə də anomal isti havada narkotik və spirtli içki qəbulu səbəb olub. Hadisə yerində 651 nəfər tibbi yardıma müraciət edib.
"Bu, çox gərgin tədbir idi", - Berlinin Xilasetmə Xidmətinin nümayəndəsi bildirib.
Berlin polisinin məlumatına görə, festival zamanı əsasən ağır xəsarətlər yetirmək, təhqir etmək və narkotik vasitələrlə bağlı qanunları pozmaqda ittiham olunan 39 nəfər saxlanılıb.
"Rave The Planet"də on minlərlə insan iştirak edib. Təhlükəsizliyi 1,5 min polis əməkdaşı təmin edib, helikopterlər və dronlar cəlb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 16 Avqust 2026 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















