Icma.az
close
up
RU
Berlində Türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib

Berlində Türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Berlin, 4 iyun, AZƏRTAC

İyunun 3-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “İnnovasiya və incəsənətin ustadları: Türk dünyasının dünya elminə və mədəniyyətinə töhfələri” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Almaniyadakı səfirliklərinin, TÜRKSOY-un və Yunus Emre İnstitutunun birgə dəstəyi və təşkilatçılığı, TİKA-nın tərəfdaşlığı ilə baş tutub.

Konfransın məqsədi türk xalqlarının zəngin elmi və mədəni irsinin təbliği və bu irsin bəşəriyyətə təsirini nümayiş etdirmək olub. Əvvəlcə konfrans çərçivəsində TÜRKSOY tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən sərgilərin açılışı olub. İştirakçılar “İpək yolu” əl işləri, “Türk incəsənətində qadınlar” və Türk dünyasından olan gənc rəssamların əsərlərindən ibarət “Türk ruhunun ifadəsi” adlı sərgilərə baxış keçiriblər.

Plenar sessiyada çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyada yaşayan türkdilli icmaların bu ölkənin ictimai, elmi və mədəni həyatına mühüm töhfə verdiyini qeyd edərək vurğulayıb ki, Türk dünyası 179 milyon əhalisi və 2,1 trilyon dollarlıq iqtisadi gücü ilə qlobal arenada önəmli aktordur. Türk sivilizasiyası tarix boyu elm, incəsənət, memarlıq və ədəbiyyat sahələrində bəşəriyyətə dəyərli töhfələr verib. Səfir Türk dünyasının birliyindən danışaraq deyib: “Azərbaycan üçün Türk dünyasının birliyi güc mənbəyidir. Türk dövlətləri arasında əməkdaşlıq təkcə uğurumuz üçün deyil, həm də dəyərlərimizin və ənənələrimizin qorunması baxımından yüksək önəm daşıyır”.

Sonra çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev, Qırğızıstan səfiri Omurbek Tekebaev, Türkiyə səfiri Gökhan Turan, Özbəkistan səfiri Dilşod Axatov, Qazaxstanın müvəqqəti işlər vəkili Kadır Kassabulatov və Türkmənistanın müvəqqəti işlər vəkili Ovazgeldi Cumanəzərov türk sivilizasiyasının tarixdə və bu gün dünya elminə, fəlsəfəsinə, incəsənətinə verdiyi töhfələri diqqətə çatdırıblar.

Konfrans daha sonra iki panel sessiyası ilə davam edib. Mədəniyyətə həsr olunmuş birinci paneldə sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva Üzeyir Hacıbəylinin və digər görkəmli bəstəkarlarımızın dünya musiqisinə verdiyi töhfələr barədə danışıb.

Elmə həsr olunmuş ikinci paneldə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Nəsirəddin Tusi, Bəhmənyar, Yusif Məmmədəliyev, Kərim Kərimov, Lotfi Zade kimi Azərbaycan alimlərinin elmi irsini təqdim edib və onların dünya elminə verdiyi töhfələri vurğulayıb.

Sessiyalarda çıxış edən digər türk dövlətlərinin alimləri və mədəniyyətşünasları öz dövlətlərinin irsi və şəxsiyyətlərinin dünya mədəniyyətindəki və elmindəki yeri barədə geniş danışıblar.

Konfrans TÜRKSOY-un milli musiqi alətləri orkestrinin möhtəşəm qala konserti ilə yekunlaşıb. Konsertdə türk xalqlarının milli musiqisindən ibarət çıxışlar, o cümlədən azərbaycanlı ifaçıların – xanəndə Nisbət Sədrayeva və Səfalı Mirzəliyev, tarda Ruslan Zərbaliyev, kamançada Pərviz Fərhadovun ifaları alqışlarla qarşılanıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri