Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Berlin, 26 aprel, AZƏRTAC

Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin (DAMV) təşkilatçılığı ilə aprelin 26-da Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, qurultayda Almaniyada və dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən 200-dən çox həkim iştirak edib.

Qurultayı açan Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin həmtəsisçisi və İdarə Heyətinin ilk sədri Abbas Əhmədli DAMV-ın və qurultayın əsas məqsədlərindən danışıb. Bildirib ki, qurultay azərbaycanlı həkimləri bir araya gətirərək səhiyyə sahəsindəki aktual məsələləri müzakirə etmək, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək və Azərbaycanın tibb təhsilinin inkişaf perspektivlərini araşdırmaq məqsədi daşıyır.

DAMV-ın İdarə Heyətinin sədri Aqil Hüseynzadə sıralarında Almaniyadakı azərbaycanlı həkimləri birləşdirən Birliyin fəal şəkildə diaspor fəaliyyəti də həyata keçirdiyini diqqətə çatdırıb. A.Hüseynzadə qurultayda Azərbaycan, Almaniya, Türkiyə, Britaniya və Rusiya çalışan həkimlərimizin ölkəmizdə səhiyyənin inkişafı və xaricdə işləyən həkimlərimizin bu prosesə fəal şəkildə cəlb olunmasına və onların şəbəkələşməsinə dair müzakirələrin aparılacağını qeyd edib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında Azərbaycan diasporunun intellektual özəyini təşkil edən həkimlərimizin bilik, peşəkarlıq və humanist dəyərlərə sadiqlikləri ilə ölkəmizi uğurla təbliğ etdiklərini bildirib, qurultayın Azərbaycan həkimlərinin Almaniyada vahid güc kimi çıxış etməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Son illərdə Azərbaycanda tibb sahəsinin inkişafı, səhiyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində genişmiqyaslı islahatların həyata keçirildiyini xatırladan səfir Almaniyada çalışan həkimlərimizin bilik və təcrübələri ilə bu prosesə dəstək vermələrinin önəmini vurğulayıb.

Azərbaycan ilə Almaniya arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdıran N.Ağayev bildirib ki, son iki il ərzində bir sıra yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilib və bu səfərlər münasibətlərimizin inkişafı üçün yeni imkanlar yaradıb. Azərbaycanlı həkimlərin də iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynayacaqlarına əminlik ifadə olunub.

Avropada, o cümlədən Almaniyada müəyyən qüvvələrin ölkəmizə qarşı qarayaxma kampaniyası apardığını vurğulayan diplomat, bu cəhdlərə qarşı effektli mübarizədə, eləcə də ölkəmizin inkişafı, regionda sülhə və sabitliyə əsaslanan siyasəti barədə həqiqətlərin Almaniyanın siyasi dairələrinə və ictimaiyyətinə çatdırılmasında birgə fəaliyyətin mühüm rol oynadığını deyib.

Çıxışında işğaldan azad olunan ərazilərin bərpası çərçivəsində ən müasir tələblər səviyyəsində elm, təhsil və səhiyyə sisteminin qurulduğunu diqqətə çatdıran N.Ağayev Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlamasının hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu, universitetin qurultayda təmsil edilməsinin tarixi önəm daşıdığını vurğulayıb.

Sonra Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin İdarə Heyətinin üzvü Fuad Mahmudlu DAMV-ın fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda Birliyin məqsədi və əsas fəaliyyət istiqamətləri, Almaniyada çalışan azərbaycanlı həkimlərin təşkilatlanması və ölkəmizdə səhiyyənin inkişafına töhfələri istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli xaricdə fəaliyyət göstərən azərbaycanlı həkimlərin qazandıqları uğurlarla və təşkilatlanmaqla Azərbaycan dövlətinin səhiyyə sahəsində həyata keçirdiyi islahatlara öz töhfələrini verdiklərini diqqətə çatdırıb. Son dövrlərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda səhiyyənin inkişafına yüksək diqqət və qayğısı nəticəsində bu sahədə mühüm uğurların əldə olunduğunu, yeniliklərin tətbiq edildiyini qeyd edən rektor xaricdə çalışan azərbaycanlı həkimlərin bu prosesdə öz təcrübələrini bölüşərək yaxından iştirak etdiklərini bildirib.

Qarabağ Universitetinin tibb fakültəsinin dekanı Samir Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində işğaldan azad olunan ərazilərdə digər istiqamətlər kimi, səhiyyənin də inkişafına böyük diqqət yetirildiyini və bu istiqamətdə əhəmiyyətli addımların atıldığını qeyd edib. Bu işlərdə xaricdə işləyən həkimlərimizin bilik və təcrübələrinin tətbiqinin əhəmiyyətini qeyd edən S.Babayev həmkarlarını işğaldan azad olunmuş ərazilərimizdə səhiyyənin inkişafı işinə fəal şəkildə qoşulmağa çağırıb.

TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov xaricdə çalışan azərbaycanlı həkimlərin Bakı ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrində də həyata keçirilən layihələrin icrasında fəal iştirak etdiklərini diqqətə çatdırıb.

Açılış çıxışlarından sonra qurultay işini panel iclaslarla davam etdirib. DAMV İdarə Heyətinin üzvü Nəsrulla Nəsrullayevin moderatorluq etdiyi “Tibb təhsilinin praktik hissəsinin təşkili və dünya təcrübəsi” mövzusunda birinci panel iclasında Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, Almaniyanın Klinikum İdar-Oberstein Tibb Mərkəzinin II Daxili xəstəliklər Klinikasının kardiologiya, pulmonologiya və reanimasiya bölməsinin baş həkimi professor Natiq Həsənov, Qarabağ Universitetinin tibb fakültəsinin dekanı Samir Babayev, Türkiyənin Biruni Universitetinin göz xəstəlikləri kafedrasının müdiri Faiq Orucoğlu çıxış ediblər.

DAMV İdarə Heyəti sədrinin müavini Gülşən Əhmədlinin moderatorluq etdiyi “Həkimlərin təşkilatlanması” adlı ikinci panel iclasında GAMCA-nın təsisçisi və idarə heyətinin sədri professor Qurbanxan Müslümov, Berlin Türk Tibb İşçiləri Cəmiyyətinin İdarə Heyətinin sədri Erdal Şafak, Azərbaycan Tibb Universitetinin prorektoru Orxan İsayev, AMD-nin İdarə Heyətinin üzvü Könül Məmmədova, DAMV İdarə Heyətinin üzvü Surəddin İsmayıl və “AzerMDS”in təsisçisi Vüqar Yaqublu çıxış edərək azərbaycanlı həkimlərin təşkilatlanması istiqamətində son dövrlərdə görülən işlər barədə məlumat veriblər.

“Xaricdə çalışan azərbaycanlı həkimlərin Azərbaycan səhiyyəsində iştirakı” mövzusunda üçüncü panel iclasına TƏBİB-də Proseslərin optimallaşdırılması şöbəsinin müdiri Ziya Məmmədzadə moderatorluq edib. İclasda çıxış edən TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov, ATU-nun oftalmologiya kafedrasının üzvü Tural Qəlbinur, Almaniyanın Hegau-Bodensee Klinikasının neyrocərrahiyyə şöbəsinin baş aparıcı mütəxəssisi Turab Qasımov, Britaniyanın Birmingem Qadın Xəstəxanasının həkimi Fidan İsrafilbəyli, Almaniyanın “Cosmopolitan Aesthetics Braunschweig” klinikasının həkimi, plastik cərrah Abbas Əhmədli xaricdə çalışan həkimlərimizin ölkəmizdə səhiyyənin inkişafında iştirakının əhəmiyyəti qeyd edərək, xüsusilə son dövrlərdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıblar.

DAMV İdarə Heyətinin üzvü Nigar Muchanın moderatorluq etdiyi “Açıq müzakirə” adlı dördüncü panel iclasında Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyasının təsisçisi İlhamə Cəfərli, Türkiyənin “Memorial Hospitals Group”un beynəlxalq marketinq və inkişaf üzrə rəhbəri Araz Cəlilov, ATU-nun Tədris-Cərrahiyyə Klinikasının uroloq-androloqu Vasif İsmayıl, DAMV-ın İdarə Heyətinin sədri, Almaniyanın KRK Nordstadt xəstəxanasının Göz xəstəlikləri şöbəsinin mütəxəssisi Aqil Hüseynzadə, “Referans Medical Group”un nümayəndəsi, “Referans Lor Hospital” klinikalarının direktoru səhiyyə meneceri Ariz Cəbrayılov çıxış ediblər.

Qurultay çərçivəsində, həmçinin təqdimatlar da nümayiş etdirilib. “Tibbia – Tibb Ensiklopediyası” adlı təqdimatla çıxış edən Toğrul Məmmədli tibbi biliklərin sistemləşdirilməsi və innovativ informasiya bazalarının səhiyyəyə töhfəsi barədə məlumat verib. “Süni intellektin tibdə və tibb təhsilində tətbiqi” mövzusunda təqdimatda isə Elçin İsmayılov süni intellektin tibbi diaqnostika, klinik qərar qəbuletmə və tibb təhsilində rolundan söz açıb.

Qurultayın bağlanış mərasimindən sonra ziyafət təşkil olunub.

Qeyd edək ki, Alman-Azərbaycan Tibb İşçiləri Birliyi (DAMV) 2021-ci ilin yanvarında Almaniyada çalışan azərbaycanlı həkimlərin bir qrupu tərəfindən təsis edilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri