Icma.az
close
up
RU
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində kibertəhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində kibertəhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Berlin, 24 may, AZƏRTAC

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Uşaqlarımızın kiber şüurunun gücləndirilməsi” adlı kibertəhlükəsizlik mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında iştirakçılara Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Mərkəz milli mədəniyyətimizin təbliği ilə yanaşı, maarifləndirmə, elmi-tədqiqat və yaradıcı sənaye sahələrinə aid mövzuları da əhatə edən təşəbbüslərlə çıxış edir. Bu kimi tədbirlər ictimaiyyətin aktual məsələlərlə bağlı maarifləndirilməsinə xidmət edir.

Tədbirin əsas qonağı uzun müddət Almaniyada yaşayan azərbaycanlı IT mütəxəssisi, “CYBERBEWUSST – Wie wir das Cyberbewusstsein unserer Kinder stärken” (Kiberdərk – Uşaqlarımızın kiberdünyada şüurlu davranışını necə inkişaf etdirə bilərik) kitabının müəllifi Nərgiz Hahn olub.

Nərgiz Hahn mühazirəsinin birinci hissəsində kibertəhlükələrin gündəlik həyatımıza necə təsir etdiyini ətraflı izah edib. O, fişinq hücumlarından tutmuş kibertəqibə, şəxsiyyət və maliyyə məlumatlarının oğurlanmasından sosial mühəndislik texnikalarına qədər bir çox real təhlükələrə diqqət çəkib.

Mühazirənin ikinci hissəsində isə N.Hahn kibertəhlükələrə qarşı uşaqlarda “Kiber-rezilientlik” – yəni rəqəmsal dayanıqlıq bacarığının formalaşdırılmasına dair praktiki tövsiyələrini verib. O, valideynlər və pedaqoqlar üçün konkret davranış modelləri, eləcə də uşaqlarda özünüqoruma instinktinin inkişaf etdirilməsi yollarından danışıb, rəqəmsal dövrdə uşaqların potensialının düzgün istiqamətləndirilməsinin vacibliyini vurğulayıb.

Təqdimat zamanı o, Almaniyada baş vermiş məşhur kibercinayət hadisələrinə də toxunub. Mainz Universitet Klinikasından 68 min, Düsseldorf Universitetindən isə on minlərlə şəxsi məlumatın oğurlanması faktlarını misal gətirən N.Hahn belə hadisələrin insan həyatı və təhlükəsizliyi üçün nə qədər ciddi nəticələrə səbəb ola biləcəyini izah edib.

Rəqəmsal dünyanın sürətlə inkişaf etdiyi dövrdə alman auditoriyasına azərbaycanlı mütəxəssis tərəfindən verilən təlim uşaqların və yeniyetmələrin internet mühitində qarşılaşdığı riskləri gündəmə gətirmək, eləcə də valideynlərə və müəllimlərə faydalı tövsiyələr təqdim etmək məqsədi daşıyıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 May 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see220

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see169

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri