Icma.az
close
up
RU
İrandakı proseslərlə bağlı ŞOK DETALLAR KONKRET

İrandakı proseslərlə bağlı ŞOK DETALLAR KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

İranda yaşanan böhran artıq küçə etirazları və hərbi siqnallar çərçivəsindən çıxaraq yavaş-yavaş tükənmə mərhələsinə daxil olub. Bu mərhələdə hakimiyyətin gücü artıq nəzarətə zəmanət vermir, cəzalandırıcı mexanizmlərdən doğan qorxu isə əvvəlki təsirini itirir.

İslam İnqilabı Keşikçiləri Korpusunun raket təlimləri keçirməsi barədə verilən göstərişi beynəlxalq analitiklər müharibəyə hazırlıqdan daha çox, çoxsəviyyəli psixoloji əməliyyatın tərkib hissəsi kimi dəyərləndirirlər. Bu addım bir tərəfdən xarici dünyaya Tehranın eskalasiyaya hazır olduğunu və diqqəti daxili problemlərdən yayındıra bildiyini göstərmək məqsədi daşıyır, digər tərəfdən isə daxili auditoriyaya güc resurslarının hələ də rejimin əlində olduğu mesajını verir.

Əsas risk inqilabın bir hadisə kimi baş verməsi deyil, onun prosesə çevrilməsidir. Yəni inqilab ani şəkildə reallaşmır, əksinə, zamanla hakimiyyətin resurslarını, legitimliyini və mövcudluq məntiqini tədricən aşındırır. Məhz bu nöqtədə mövcud vəziyyətin ən zəif tərəfi üzə çıxır. Rejim eyni anda həm etiraz dalğasını cilovlamağa, həm də kütləvi qan tökülməsinə yol verməməyə çalışır. Eyni zamanda güc obrazını qorumağa məcburdur, çünki bu obraz olmadan sistemin özü mənasını itirir. Lakin bu cür incə balansın uzun müddət saxlanılması mümkün deyil.

Qeyd etmək lazımdır ki, sərt repressiyalardan imtina ayətullahların humanist mövqeyi ilə bağlı deyil. Bu, 2022-ci il etirazlarının dərslərindən çıxarılan məcburi nəticədir. Həmin dövrdə zorakılıq etirazları sındırmadı, əksinə, onları uzunmüddətli legitimlik böhranına çevirdi. Amma zorakılıqdan imtina da qorxu effektini zəiflədir və onilliklər boyu İran cəmiyyətinin idarə olunmasında əsas rol oynayan çəkindirmə mexanizmini sarsıdır.

Keyfiyyət dəyişimi ondadır ki, etirazlar artıq birdəfəlik reaksiya formasını itirib və davamlı vəziyyətə çevrilib. Onlar nə qiymət artımına, nə sosial məhdudiyyətlərə, nə də konkret qərarlara bağlıdır. İqtisadi kollaps səbəb deyil, daha təhlükəli bir hissin – sistemin sadəcə ədalətsiz deyil, struktur baxımından işləməz olduğu qənaətinin fonuna çevrilib. “İtiriləcək heç nə qalmayıb” hissi etirazçıların əsas psixoloji baryerini dağıdır. Bu isə vahid liderin və mərkəzin olmamasına baxmayaraq prosesi daha təhlükəli edir.

Yayğın fikrin əksinə olaraq, “vələyət-e fəqih” sisteminə alternativ siyasi modelin olmaması rejimin xeyrinə yalnız qısa müddətdə işləyir. Bəli, küçə enerjisi hələ institusional təhlükəyə çevrilməyib, ordu prosesdən kənarda qalır, güc elitaları formal birliyini qoruyur. Lakin uzunmüddətli perspektivdə rejimin qarşısında partiya və ya hərəkat deyil, xroniki inkar vəziyyətində olan cəmiyyət dayanır. Belə bir rəqibi nə koordinatorların həbsi, nə də rəqəmsal platformaların bloklanması ilə məğlub etmək mümkündür, çünki ortada “başsız” bir müqavimət var.

Hakimiyyətin seçdiyi “idarə olunan tükənmə” strategiyası – məhdud iqtisadi güzəştlər, nöqtəvi həbslər, “icazə verilmiş narazılıq” və paralel şəkildə xarici təhlükənin şişirdilməsi – rejimin özünün əvvəlki normallığa qayıdışa inanmadığını göstərir. Artıq gələcək vizyonu təqdim edilmir, sadəcə ən pis ssenari təxirə salınır. Bu isə indiki böhranı əvvəlkilərdən köklü şəkildə fərqləndirir.

Bu kontekstdə ABŞ və İsrailə qarşı sərt xarici siyasət ritorikası real zərbə üçün deyil, elitaları intizamda saxlamaq və məsuliyyəti kənara yönəltmək üçündür. Məntiq sadədir: əgər ölkə böhrandadırsa, deməli, günahkar xarici düşmənlərdir. Lakin “Nə Qəzza, nə də Livan” şüarının kütləviləşməsi bu narrativin effektivliyini azaldır. Bu artıq xərclər mübahisəsi deyil, xarici ekspansiya modelinin daxili deqradasiyanın bəraəti kimi tam rədd edilməsidir.

Bir həftəlik kütləvi etirazlardan sonra vəziyyətin təhlili nə ayətullahlar rejiminin ani süqutunu, nə də sabitləşməni göstərir. Ən real ssenari kumulyativ eroziyadır. Hər yeni etiraz dalğası əvvəlkindən daha az emosional, lakin nəticələri baxımından daha dağıdıcı olacaq. İdarəetmə imkanları daralacaq, manevr sahəsi məhdudlaşacaq.

Rejim sağ qala bilər, lakin strateji təşəbbüsü itirmək bahasına. Bu isə İranı regionun aktiv oyunçusundan daxili qeyri-sabitliyin girovuna çevirir.

Əsas risk inqilabın baş verməsi deyil, onun davam etməsidir. İran artıq elə bir mərhələyə daxil olur ki, sual “vələyət-e fəqih” sisteminin çöküb-çökməyəcəyi yox, onun növbəti böhrana hansı vəziyyətdə çatacağı və dözümlülük həddi bitəndə özü ilə birlikdə neçə regional konstruksiyanı dağıdacağıdır.

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Yanvar 2026 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri