Icma.az
close
up
RU
“Berlinin üzr istəməsi Azərbaycan üçün kifayət idi” MÜNASİBƏT BİLDİRİLDİ

“Berlinin üzr istəməsi Azərbaycan üçün kifayət idi” MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Almaniya Prezidentinin Ermənistana səfəri çərçivəsində Ştaynmayerin İnstaqram səhifəsində Qarabağ separatçılarının “bayrağı”nın yayımlanması Azərbaycanda haqlı etiraza səbəb oldu. Almaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağrıldı. Berlin bu hadisəyə görə dərhal Azərbaycandan üsr istədi, Almaniya Prezidentinin səhifəsində texniki səhvə yol verildiyi və həmin səhvin düzəldiyi açıqlandı. Berlinin üzr istəməsi Azərbaycan üçün kifayət idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu sözlərinə belə davam edib: “Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti ilə görüşdən sonra mətbuata açıqlama verdilər. Birincisi, Frank-Valter Ştaynmayer Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağın Azərbaycana aid olduğunu təsdiq etdi.
İkincisi, Frank-Valter Ştaynmayer beynəlxalq sərhədlər toxunulmazlğını söylədi: “Almaniya hər zaman bu mövqedən çıxış edib. Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirik”. Buna baxmayaraq, Almaniya Prezidenti 30 il davam edən münaqişədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişini razılaşdırmaq üçün böyük səylər tələb olunur. “Razılaşma imzalanandan sonra onun reallığa çevrilməsi hələ uzun illər tələb edəcək – deyən Almaniya Prezidenti sülh sazişinin imzalanmasının da vacib olduğunu bildirib. Almaniya Prezidenti haqlıdır. Sülh sazişi imzalandıqdan sonra da Cənubi Qafqazda dayanıqlı sülhün yaranması üçün hələ çox iş görülməlidir.
Azərbaycan Prezidenti İlham Əliyev almaniyalı həmkarıyla birgə mətbuata açıqlamasında sülh sazişinin imzalanması üçün Ermənistanın iki addım atması vacibliyini bildirdi. Birinci şərt Ermənistanın Minsk Qrupundan imtina etməsidir, ikinci şərt Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını əks etdirən bənd bu sənəddən çıxarılmalıdır. Azərbaycan Prezidenti almaniyalı həmkarına xatırlatdı ki, bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. İlham Əliyevin söylədiyi kimi, rəsmi İrəvan qısa müddətdə sülh sazişinin imzalanmasını istəyirsə, çətin olmayan bu iki addımı atmalıdır.
Azərbaycan Almaniya ilə əlaqələrin inkişafında maraqlıdır. İlham Əliyevin Almaniya Prezidentinin Azərbaycana səfərini yüksək qiymətləndirərək, bu səfərin iki ölkə arasındakı əlaqələrə müsbət təkan verəcəyinə tam əmin olduğunu vurğulayıb. Rəqəmlər də bundan xəbər verir. Bu ilin yanvar-fevral ayların da iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb. Almaniya Azərbaycanın enerji resurslarının Avropaya nəqlində maraqlıdır. Bunu Almaniya Prezidenti Bakıda bir daha təsdiq etdi.

Fransa hakimiyyəti ermənipərəst mövqeyinə görə, Azərbaycanla münasibətləri pisləşdirib. Fransa Prezidenti Emmanuel Makron bu səbəbdən Ermənistandan sonra Azərbaycana səfər edə bilmir. Makrondan fərqli olaraq Almaniya Prezidenti həm Ermənistana, həm də Azərbaycana səfər edə bilir. Bu Almaniyanın Cənubi Qafqazda mövqelərinin Fransadan üstün olduğunu göstərir. Digər tərəfdən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan rəsmiləri bir neçə dəfə Berlində və Münhendə danışıqlar aparıblar. Müqayisə üçün, Azərbaycan və Ermənistan rəsmilərinin Fransada görüşlər artıq mümkün deyil”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Aprel 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri