Icma.az
close
up
RU
Silahlı Qüvvələr Azərbaycan xalqı üçün ümid yeridir MÜNASİBƏT BİLDİRİLDİ

Silahlı Qüvvələr Azərbaycan xalqı üçün ümid yeridir MÜNASİBƏT BİLDİRİLDİ

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"26 iyun Azərbaycan tarixinin ən şanlı günlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.O bildirib ki, bu bayram tariximizin ən qürurverici və ən dəyərli bayramlarından sayılır: "Çünki bu, bizim ordumuzun, silahlı qüvvələrimizin bayramıdır. Silahlı Qüvvələr Azərbaycan xalqı üçün ümid yeridir və onlar bunu 44 günlük Vətən müharibəsində bütün dünyaya göstərdilər. Bu gün isə ordumuz daha da güclüdür. Son araşdırmalara əsasən, Azərbaycan Silahlı Qüvvələri dünya orduları sırasında öncül yerlərdən birini tutur. Hər gün Azərbaycan ordusunun döyüş qabiliyyəti, maddi-texniki bazası və inkişafı ilə bağlı xəbərlər eşidir və oxuyuruq. Bütün bunlar, təbii ki, bizə qürur verir.Bütün bunlar bizdə böyük fəxr və qürur hissi yaradır. Çünki bizim Silahlı Qüvvələrimiz, xüsusilə də bu bayram ərəfəsində, öz gücünü və imkanlarını bir daha nümayiş etdirir. Məsələn, Azərbaycan Silahlı Qüvvələrinin Pakistan İslam Respublikasından aldığı JF-17 qırıcı təyyarələri ilə bağlı xəbərlər böyük maraq doğurur. Bu təyyarələrin sayı artırılır, bu da ordumuzun hava hücumundan müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm addımdır. Eyni zamanda, Silahlı Qüvvələrimizin yüksək rütbəli nümayəndəsi, general-polkovnik Namiq İslamzadənin Özbəkistana səfəri və digər beynəlxalq hərbi əməkdaşlıqlar da diqqət çəkir. Elə bu gün Naxçıvanda başlayan Azərbaycan və Pakistan Silahlı Qüvvələrinin birgə təlimləri ilə bağlı yayılan məlumatlar da bunu təsdiqləyir. Əlbəttə, bütün bu hadisələr hər birimizdə böyük qürur və iftixar hissi doğurur"."Azərbaycan Ordusu günü-gündən daha da möhkəmlənir və bu da hər birimizdə sabaha daha böyük inam yaradır. Ordumuzun keçirdiyi təlimlər, onun daha yüksək hədəflərə çatmasına şərait yaradır və Silahlı Qüvvələrimizin qarşıya qoyulan tapşırıqları bundan sonra da uğurla yerinə yetirəcəyinə olan inamı möhkəmləndirir. Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti isə ildən-ilə artır.Biz Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər hərbi strukturların şəxsi heyətinin peşəkar və layiqli hazırlığı barədə mütəmadi olaraq məlumatlar əldə edirik. Hər il Azərbaycan Ordusunun imkanları və gücü daha da artır. Keçirilən hərbi təlimlər təkcə Azərbaycan-Türkiyə əməkdaşlığı ilə məhdudlaşmır. Bununla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Qazaxıstan və Azərbaycan ilə NATO arasında Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində də müxtəlif təlimlər və tədbirlər həyata keçirilir. Bütün bu fəaliyyətlər Azərbaycan Ordusunun gücünün və nüfuzunun artdığını bir daha sübut edir. Ordumuz hər keçən gün daha da güclənir və möhkəmlənir.Azərbaycan Ordusu bundan sonra da Cənubi Qafqazda ən ön sırada yer alacaq, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin qarantı olacaqdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyun 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri