Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

“Macarıstan üçün Azərbaycan güclü və etibarlı müttəfiqdir” MÜNASİBƏT BİLDİRİLDİ

“Macarıstan üçün Azərbaycan güclü və etibarlı müttəfiqdir” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə səfər edib. Prezidentin səfəri yalnız ikitərəfli əlaqələrin inkişafına xidmət etmir, həm də iki ölkənin geosiyasi maraqlarının üst-üstə düşdüyü bir dövrə təsadüf edir. Bunu Orbanın Azərbaycanla dostluğunu “dar gündə tanınan dost…” kimi xarakterizə etməsi də təsdiqləyir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: “Macarıstan Avropa İttifaqı (Aİ) daxilində yürütdüyü müstəqil siyasi kursla diqqət çəkir. Viktor Orbanın rəhbərliyi altında Macarıstan Aİ daxilində digər üzv dövlətlərdən fərqli olaraq, öz suverenliyini və iqtisadi müstəqilliyini qorumaq üçün konkret addımlar atır. Orban Avropa İttifaqının siyasi, iqtisadi və sosial paradiqmasından fərqli bir modelin tərəfdarıdır. O, xüsusilə Avropadakı çoxsaylı müstəqil dövlətlərin, o cümlədən Macarıstanın öz suverenliyini qorumasının vacibliyini vurğulayır. Avropada onun kimi düşünən liderlər olsa da, dilə gətirən ikinci bir şəxs yoxdur. Bu baxımdan Orbanın mövqeyi son illərdə ona xüsusi nüfuz qazandırıb.

Aİ daxilində iqtisadi və siyasi məsələlərdə müstəqil mövqeyini qorumağı bacaran Macarıstan, həmçinin Azərbaycanın da beynəlxalq aləmdəki yanaşmalarına uyğun mövqe sərgiləyir. Təsadüfi deyil ki, Macarıstan və Azərbaycan arasında son illərdə formalaşan münasibətlər qarşılıqlı strateji maraqlara əsaslanır.

Orbanın siyasətini “qəhrəmanlıq” kimi xarakterizə edən Prezident İlham Əliyev onun Macarıstanın Avropa İttifaqı daxilində həyata keçirdiyi rasional və milli maraqlara əsaslanan siyasətini dəstəklədiyini açıq şəkildə bəyan edir. Macarıstan üçün Azərbaycan da güclü, etibarlı müttəfiqdir. Xüsusilə enerji sahəsində bu müttəfiqliyin ciddi perspektivi var. Belə ki, Azərbaycanın enerji mənbələri və infrastrukturu qlobal enerji bazarlarının şəffaf və dayanıqlı şəkildə fəaliyyət göstərməsinə böyük təsir göstərir. Macarıstan bunu bilir və həm Azərbaycandan təbii qazın alışını artırmaq, həm də onu digər Avropa ölkələrinə ötürmək istəyir.

Prezident İlham Əliyevin də Macarıstana təbii qaz ixracını artırmaq niyyəti var. Ölkə başçısı başa düşür ki, Macarıstana qaz nəqlinin artırılması yalnız Azərbaycanın enerji bazarındakı mövqeyini gücləndirmir, eyni zamanda Avropanın enerji təhlükəsizliyindəki rolunu artırır. Bu, Azərbaycan üçün iqtisadi və geosiyasi baxımdan mühüm uğurdur.

Prezidentin Macarıstana səfəri təkcə ikitərəfli əlaqələri gücləndirməklə kifayətlənmir, həm də Türk Dövlətləri Təşkilatının beynəlxalq aləmdəki rolunu artırır. Prezident Əliyevin Macarıstanın təşkilat daxilində müşahidəçi statusunu dəstəkləməsi Azərbaycanın yeni dövrün siyasi strukturlarında aktiv iştirakını və Türk dövlətlərinin birləşməsi istiqamətindəki niyyətini nümayiş etdirir.

Türk Dövlətləri Təşkilatının zirvə görüşünün Budapeştdə keçirilməsi Azərbaycan və Macarıstan iqtisadi, mədəni və siyasi əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu, türk dövlətləri ilə Avropa arasında yeni əməkdaşlıq modelinin formalaşmasına təkan verəcək.

Orbanın “Türk dövlətləri olmasaydı, macar xalqı enerjiyə daha çox pul ödəyərdi” açıqlaması bu baxımdan diqqət çəkir. Hesab edirəm, bu, enerji və geosiyasi təhlükəsizliyin Azərbaycan-Macarıstan və bütövlükdə TDT ilə münasibətlərin təməlində dayandığını göstərir.

Prezident İlham Əliyevin Macarıstana səfəri Azərbaycanın yeni geosiyasi reallıqların formalaşmasında necə fəal iştirak etdiyini göstərir. Bu səfər Azərbaycanın enerji, siyasi və iqtisadi mövqeyini möhkəmləndirmək, beynəlxalq münasibətlərdəki statusunu yüksəltmək məqsədi güdür.

Macarıstanın strateji əhəmiyyətini nəzərə alan rəsmi Bakı təkcə enerji məsələlərində deyil, həm də beynəlxalq hüququn bərpası və regional təhlükəsizlikdə daha fəal rol oynamaq niyyətindədir”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 May 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri