Icma.az
close
up
RU
Bərzaninin Türkiyəyə səfəri: Siyasətçilər niyə və nəyə etiraz edir?

Bərzaninin Türkiyəyə səfəri: Siyasətçilər niyə və nəyə etiraz edir?

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İraq Kürdüstan Regional Hökumətinin (İKRH) keçmiş başçısı və Kürdüstan Demokratik Partiyasının (KDP) lideri Məsud Bərzaninin Türkiyənin sərhəd bölgəsinə səfəri ölkənin siyasi gündəmində geniş müzakirələrə səbəb olub.

"Yeni Sabah" xəbər verir ki, Bərzani “4-cü Uluslararası Melaye Ciziri” simpoziumunda iştirak etmək üçün Şırnakın Cizrə rayonuna gedib. Onun bu səfəri zamanı çəkilən görüntülər, xüsusilə, avtomat silahlarla təmin olunmuş xarici mühafizəçilərin müşayiəti Türkiyədə siyasi dairələrində ciddi reaksiyalar doğurub.

Tənqidlərə daha çox millətçi kəsimdən olan siyasətçilər qoşulub. Onlar xarici qonağın ağır silahlı mühafizəçilərlə rəsmi tədbirlərə qatılmasını Türkiyənin suverenlik hüquqlarının pozulması kimi qiymətləndiriblər.

Baxçalı: “Silahlı görüntülər Türkiyənin suverenliyinə açıq hörmətsizlikdir”

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sərt açıqlamasında məsələni təkcə protokol pozuntusu deyil, Türkiyə Respublikasının suverenlik hüquqlarına qarşı açıq təcavüz kimi səciyyələndirib.

Baxçalı bildirib ki, xarici şəxslərin və mühafizəçilərin Türkiyə ərazisində avtomat silahlarla hərəkət etməsi “qanunlara, dövlət ənənəsinə və diplomatik qaydalara tamamilə ziddir”.

Onun sözlərinə görə, ölkəyə gələn xarici mühafizə əməkdaşları yalnız diplomatik kanallar vasitəsilə əvvəlcədən təqdim edilən məlumat əsasında tapança daşıya bilər, uzun lüləli silah gətirilməsi isə mümkün deyil.

MHP lideri əlavə edib: “Türkiyə Respublikasının suverenlik hüquqları və qanunları pozulub. Buna istər protokol qaydaları deyin, istər ənənə, hər şey tapdalanıb. Bərzani hazırda heç bir dövlət vəzifəsi daşımır, ölkəmizə sadəcə qonaq kimi gəlib. Buna baxmayaraq, sempozium qarşısında ona göstərilən həddindən artıq diqqət, əsassız təriflər və xarici geyimli hərbçilərin uzun lüləli silahlarla gəzməsi, bir sözlə, biabırçılıqdır”.

D. Baxçalı bunu “Türkiyənin qüruruna və suverenliyinə qəsdən edilən hücum” adlandıraraq qeyd edib ki, Türkiyə dövləti ölkəyə gələn hər bir qonağı qorumaq gücündədir.

O vurğulayıb ki, Türk millətinin şəhid qanları ilə müəyyən edilmiş sərhədləri barədə şübhə yaradan heç bir addıma dözümlülük göstərilə bilməz:

“Torpaqlarımızda şübhə doğuracaq heç bir davranışa yol vermərik, verməyəcəyik”, - Dövlət Baxçalı əlavə edib.

Özdağ: “Bu görüntülər tam bir qalmaqaldır”

Zəfər Partiyasının lideri Ümid Özdağ isə yaranmış vəziyyəti “qalmaqal” kimi qiymətləndirib.

“Xarici bir ölkənin mühafizə əməkdaşı yalnız diplomatik kanallar vasitəsilə əvvəlcədən cinsi, növü və sayı barədə məlumat verilməsi şərti ilə tapança gətirə bilər. Amma pulemyot və ya uzun lüləli silah gətirə bilməzlər. Bu görüntülər tam bir qalmaqaldır”, - Özdağ sosial şəbəkədə yazıb.

O, "X" hesabında paylaşdığı #NeredeTürkDevleti haştaqı ilə Barzaninin “Türk dövlətinə meydan oxuduğunu” yazıb.

Özdağın paylaşımı istifadəçilər arasında da geniş reaksiya doğurub. Sosial media istifadəçiləri “İşğal altında olduğumuz hissi verir”, “Ölkədə ciddi təhlükəsizlik problemi var”, “Əsəblərimiz buna dözmür” kimi şərhlərlə narahatlıqlarını ifadə ediblər.

İlhamə Qasımlı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Dekabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see252

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see210

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see201

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see192

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see186

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see176

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see154

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see154

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see153

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see153

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see145

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see141

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see141

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see139

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see139

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see137

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see135

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri