Icma.az
close
up
RU
Böyük və kiçik siyasətçilər

Böyük və kiçik siyasətçilər

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Bütün sahələrdə olduğu kimi siyasətdə də böyük insanlar olur. Onlar böyük əsərlərin böyük qəhrəmanları kimi olurlar – hərəsi bir cəhəti ilə sevdirir özünü. 

Sovetin çöküşündən sonra təkcə yeni-yeni siyasətçilər haqda eşitmədik, hətta tanıdığımız-bildiyimiz siyasətçilər haqqında da xeyli yeni şeylər eşidib, oxuduq. 

Sovetin vaxtında hər şey tamamilə başqa cür idi: bəzi siyasətçilər haqqında yalnız çox pozitiv, digərləri haqqındasa yalnız neqativ şeylər yayılırdı. 

Qərəz, dünyada oxumaq üçün siyasi bioqrafiyalardan, memuarlardan maraqlı heç nə yoxdur. Yeni dövran isə bizə xeyli siyasi, sosial-iqtisadi problem gətirsə də, eyni zamanda oxumaq və bilmək üçün də xeyli yeni və yeni kitablar, jurnallar və s. gətridi. Bunun sayəsində şəxsən mən özüm üçün üç siyasətçi – kumir müəyyənləşdirdim: Cefferson, Atatürk, bir də Çörçil.

Tomas Cefferson mənə daha çox siyasətə yaradıcı münasibətinə görə maraqlı göründü. Bu adam ABŞ "İstiqlaliyyət Bəyannaməsi”nin, "Etiqad azadlığı haqqında” qanunun müəllifi, ABŞ konstitusiyasının müəlliflərindən biri (xüsusən də ilk on düzəliş!), Virciniya Universitetinin (onun da ən tanınmış məzunu prezident Vudro Vilson olub!) yaradıcısı olub. Onun hətta özü üçün tikdirdiyi malikanə belə sonradana arxitektura incisi kimi dəyərləndirilib.

Atatürk demokratiya və respublikaçılıq ideyalarını Şərqə gətirən demək olar ki, ilk siyasətçi olub.

Uinston Çörçil isə dünyanı faşizmdən qurtaran, digər bəla – sovetizmlə mübarizənin konturlarını müəyyənləşdirən siyasətçi sayılır.

Hər üç siyasət adamı yetərincə öyrənilib, onların haqqında xeyli pozitiv sözlər deyilib. Amma neqativlər də yetərincədir.

Cefferson quldar olub, 165 qul sahibi kimi tanınıb. Üstəgəl, onun qulları arasında kürən zənci uşaqları da olub ki, bunlar Ceffersonun müasirlərini onun haqqında şübhəli fikirlərə düşməyə sövq edib...

Atatürk böyük respublikaçı və qərbçi olsa da, deyilənə görə, ilk parlamentin üzvlərinin siyahısını şəxsən özü tutub. Bəzi yazılanlara görə, məhz bu səbəbdən bizim Əli bəy Hüseynzadə Böyük Millət Məclisinin üzvü olmaqdan imtina edib və deyib ki, o, təkpartiyalı parlamentin üzvü ola bilməz – hər halda, bəzi tarixçilər belə yazırlar.

Çörçil isə çox böyük hakimiyyət hərisi olub və özü də bunu etiraf edirmiş, amma bu, ona müharibədən sonrakı ilk parlament seçkisində məğlubiyyəti qəbul etməyə mane olmayıb.

Bəli, bütün bunlar siyasətin böyük simaları haqqında, necə deyərlər, yüz ildə bir dəfə doğulanlar haqqındadır. 

Belədəsə, siyasətçilər adətən cəmiyyətin orta statistik səviyyəsində olurlar: onlar bu səviyyədən xeyli yüksəkdə olsalar, digər cəmiyyət üzvləri tərəfindən anlaşılmazlar, yox, əgər çox aşağı olsalar, sayılmaz və ciddiyə alınmazlar.

İndi gələk məsələnin lap məğzinə: bütün bunlarla niyə vaxtınızı alıram? Bir neçə gündür ki, qardaş Türkiyədə vəziyyət qarışıb: həbslər də var, yasaqlar da, kəskin bəyanatlar da...

Ən əsası budur ki, müxalifətçi Əkrəm İmamoğlu nəinki postundan uzaqlaşdırıldı, hətta həbs olundu. Nə demək olar bu haqda? Əgər bir məsələ olmasaydı, çox şey yazardıq, amma yazmırıq, çünki hakimiyyətin iddialarına rəğmən, İmamoğlu hələ də prezidentliyə real namizədlərdən biri kimi görünür, ona görə də ona qarşı aparılan siyasi-hüquqi kampaniya bir az süni təsir bağışlayır bizə: bəlkə də yanılırıq, bəlkə də bu adama qarşı hüquqi ittihamlar təsdiqini tapacaq, üstəgəl, onu da etiraf edirik ki, ona xüsusi simpatiyamız-filan da yoxdur. 

Sadəcə, çoxdan bu adam prezidentliyə real namizəd kimi hamının diqqətini çəkib: zarafat deyil, səhv etmirəmsə, iki dəfə (təkrar seçkini nəzərdə tuturam!) İstanbul bələdiyyəsinə başçı seçilib! Bu nəhəng şəhər isə hansısa kiçicik əyalət şəhərciyi deyil, onu türkiyəlilərin özü "dövlət içində dövlət” adlandırırlar! Amma indi məlum olur ki, guya İmamoğlunun diplomu da saxta imiş.

Yeri gəlmişkən, Türkiyənin hüquq qaydalarına qarışmaq fikrində deyilik, amma məhz bu qaydaya görə vaxtında Bülənt Ecevit kimi siyasət adamı prezident ola bilməmişdi, halbuki Kipr türkləri məhz onun sayəsində qırılmaqdan və didərgin olmaqdan qurtulmuşdu! İndi durub deyək ki, digər diplomlu türk siyasətçilərinin ölkə və millət qarısında xidmətləri Ecevitin xidmətlərindən çoxdur?

Bəli, bir daha deyirik: qayda qaydadır! Amma saxta diplom söhbəti adama elə də inandırıcı görünmür. Həm də bir sual adama rahatlıq vermir: axı hakim partiya niyə buna getdi? Siyasətçi kimi Ərdoğana qiyməti tarix və tarixçilər verəcək, amma indidən demək olar ki, o, heç də zəif siyasətçi deyil, əksinə, çox güclü siyasi fiqurdur. Bu adam ən azı Fətullah Gülən şəbəkəsini dağıtdığına, Türkiyədə də digər müsəlman ölkələri kimi teokratik rejimin bərqərar olmasının qarışısını aldığına, Bəşər Əsədi hakimiyyətdən qovduğuna, xüsusən də Azərbaycanın erməni separatçılardan təmizlənməsinə verdiyi dəstəyə, ölkəsini regional gücə çevirdiyinə görə hər cür tərifə və hörmətə layiqdir! 

Bəlkə nə vaxtsa onun da adı ən azı Türkiyənin böyük siyasətçiləri cərgəsində hallanacaq. Amma böyük siyasət adamının hakimiyyətə gəlişi kimi gedişi də gözəl olmalıdır. Bilmirik, qardaş ölkədə ən son proseslər hara qədər cərəyan edəcək, inkişaf tapacaq? Amma bir çox şəhərlərdə İmamoğlunun həbsinin ardınca etirazların da yasaq olması onu göstərmirmi ki, hakimiyyət özü özünün son siyasətindən narahatdır?

Biz proseslərin sonunu hələ tam təxmin edə bilmirik. Amma süni şəkildə uzunömürlü siyasətçi və ya siyasi təşkilat olmağa dəyərmi? Xüsusən də Türkiyə kimi az-çox demokratik ölkədə belə sevda keçərlidirmi? Məgər bu vaxta qədər Türkiyə siyasətçiləri, o cümlədən də hakim AKP liderləri "millətimizin iradəsi hər şeydən üstündür” demirdilərmi? 

Məgər özləri də hiss etmirlərmi ki, başlatdıqları yeni siyasi kampaniya çox da inandırıcı görünmür? Birdən türk milləti buna da "yox” desə, onda nə olacaq?..

Hüseynbala Səlimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Mart 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əməkdar artisti sancan ilan öldü

25 İyul 2026 01:34see282

Rusiya Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb

25 İyul 2026 01:12see262

Zakir Həsənov qardaş ölkəyə BAŞSAĞLIĞI VERDİ

24 İyul 2026 20:59see202

Xalq artistinin Dream Fest obrazı maraq doğurdu Şeir, rəsm və moda…

25 İyul 2026 12:01see191

“Ukraynanın yeni taktikası Kreml üçün təhlükəli ola bilər“ “The Sun“

26 İyul 2026 12:42see187

Lionel Messi MLS in bütün ulduzlarının heyətinə daxil edilməyib

26 İyul 2026 05:13see187

Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar Çıxış yolu nədir?

25 İyul 2026 12:34see182

Bu havada çölə çıxmaq təhlükəli ola bilər Professor xəbərdarlıq ETDİ

24 İyul 2026 20:03see177

Neftçi nin qadınlardan ibarət komandası Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq

25 İyul 2026 13:12see176

Dəriyə qulluq vasitəsi alarkən yalnız reklam və ya brendə inanmayın

26 İyul 2026 06:24see176

Conni Depp böyük ekrana qayıdır...

24 İyul 2026 21:50see175

Səudiyyə qüvvələri husi hədəflərinə zərbə endirdi

25 İyul 2026 01:50see172

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

25 İyul 2026 03:43see172

Dünyanın ən qocaman balinasının yaşı AÇIQLANDI

25 İyul 2026 01:19see170

“Aslanlar” Avstriyada uduzdu

25 İyul 2026 00:06see170

Rusiyanın Ukraynaya yeni kütləvi hücuma hazırlaşır Zelenski açıqladı

25 İyul 2026 00:11see169

“Yuventus” yoldaşlıq oyununda Standard”ı minimal hesabla məğlub edib

26 İyul 2026 00:33see166

Nigar Camal “Dream Fest”də diqqət çəkdi VİDEO

25 İyul 2026 01:35see159

Yaponiyada qadınların orta yaş göstəricisinə görə yeni rekord müəyyənləşdi

25 İyul 2026 05:21see159

Dırnaqlardakı 5 dəyişiklik bu xəstəliklərin əlamətidir

25 İyul 2026 02:01see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri