Icma.az
close
up
RU
Beş il öncə Hikmət Hacıyev: Bu, Vətən müharibəsidir!

Beş il öncə Hikmət Hacıyev: Bu, Vətən müharibəsidir!

Icma.az, Oxu.az saytına istinadən bildirir.

İkinci Qarabağ müharibəsi 2020-ci il sentyabrın 27-si səhər saatlarında başladı. Bir neçə saat sonra düşmənin təxribatlarına qarşı bu əks-hücum Vətən müharibəsi statusunu aldı.

28 sentyabr 2020-ci il tarixində Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov xarici ölkələrin səfirləri və diplomatları üçün brifinq keçiriblər.

Hikmət Hacıyev brifinqdə bəzi beynəlxalq təşkilatların qərəzli mövqeyinin müşahidə olunduğunu vurğulayıb və bildirib ki, Azərbaycan öz hərəkətlərini beynəlxalq hüquq çərçivəsində həyata keçirir.

"Tarixdə hər bir xalqın qarşılaşdığı belə məqamlar olur. Xahiş edirəm, nəzərə alasınız ki, bu, böyük bir Vətən müharibəsidir. Biz bu prosesdə dostlarımızı tam səmimi mənada müəyyən etmək istəyirik. Azərbaycan xalqı sizin dostluğunuzu, həmrəyliyinizi yüksək qiymətləndirir", - H.Hacıyev qeyd edib.

H.Hacıyev Azərbaycanda hərbi vəziyyətin elan olunduğunu da bildirib: "Bu, Azərbaycanın əsas şəhərlərini, cəbhə bölgəsindəki, həmsərhəd rayonlarımızı əhatə edir. Bu gün də qismən səfərbərlik haqqında Azərbaycan Prezidentinin fərmanı qəbul edilib".

O, həmçinin vurğulayıb ki, Azərbaycanın məqsədi sülhü təmin etmək və vətəndaşlarını qorumaqdır.

"Azərbaycan Silahlı Qüvvələri ölkənin suveren əraziləri daxilində fəaliyyət göstərir, beynəlxalq humanitar hüquq normalarını rəhbər tutaraq hərəkət edir. Amma biz bunun tamamilə əksini Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətində görürük", - prezidentin köməkçisi əlavə edib.

Həmin görüntüləri təqdim edirik:

Beş il öncə - Hikmət Hacıyev: "Bu, Vətən müharibəsidir!"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Sentyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri