“Bəs o, “Sabah”da heç nə qazana bilməyəndə niyə təriflənmirdi?”
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy “Krasnodar”ın baş məşqçisi Murad Musayevi tənqid edib.
QOL.az xəbər verir ki, o, bu barədə Rusiya mediasına müsahibəsində deyib.
Mostovoy Musayevin Rusiya Premyer Liqasında oktyabr və noyabr aylarının ən yaxşı məşqçisi seçilməsinə kinayəli münasibət bildirib:
“Musayev Rusiyada oktyabr və noyabrın ən yaxşı məşqçisidir? Bəs niyə o, “Sabah”a gedəndə və Azərbaycan çempionatında heç nə qazana bilməyəndə onu tərifləmirdilər? Bizdə Slutski də 2017-ci ildən dünyanı gəzir, amma heç bir uğur əldə edə bilmir. Belə adamlar futbola girir, həqiqətən böyük fiqurlar isə kənarda dayanıb baxırlar. Necə ki, 2013-cü ildə SSKA-nı çempion edən futbolçular idi, Slutskı yox, eləcə də 2025-ci ildə “Krasnodar”ı çempion edən Musayev deyil, futbolçulardı"», – deyə Mostovoy bildirib.
Qeyd edək ki, Murad Musayev 2021-2024-cü illərdə “Sabah”ın baş məşqçisi olub. Onun rəhbərliyi altında 2022/23 mövsümündə komanda çempionatda gümüş mesal qazanıb.
Baxış sayı:68
Bu xəbər 01 Yanvar 2026 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















