Trampın taleyi sabah həll ediləcək: Bəs dünyanın?
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ-də Konqresə aralıq seçkilər keçirilir.
Seçkilərin nəticələrinin hakim Respublikaçılar Partiyasının və Prezident Donald Trampın siyasi mövqelərinə ciddi təsir göstərəcəyi gözlənilir. İlkin proqnozlara əsasən, respublikaçıların xüsusilə Konqresin aşağı palatası olan Nümayəndələr Palatasında üstünlüyü itirmək ehtimalı daha yüksək qiymətləndirilir. Senatda isə demokratlarla respublikaçılar arasında mübarizənin daha gərgin olacağı, demokratların üstünlük qazanmaq şansının da olduğu bildirilir.
Qeyd edək ki, ABŞ-də aralıq seçkilər prezidentlik müddətinin iki ili tamam olduqda keçirilir. Bu seçkilərdə Nümayəndələr Palatasının bütün üzvləri, Senatın isə təxminən üçdə biri yenidən seçilir. Beləliklə, Konqresin hər iki palatasında siyasi qüvvələr nisbəti dəyişə bilər. Əgər demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu əldə etsələr, bu, Tramp administrasiyası üçün ciddi siyasi çətinliklər yarada bilər. Hətta belə bir nəticə prezidentə qarşı impiçment prosedurunun yenidən gündəmə gəlməsi ehtimalını da artırır.
Bu baxımdan, aralıq seçkilərdə Respublikaçılar Partiyasının və Donald Trampın vəziyyəti necə olacaq?
Respublikaçıların hər iki palatada, yaxud ən azı Senatda üstünlüyü qoruyub saxlamaq şansı nə qədərdir?
“Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, aralıq seçkiləri öncəsi keçirilən rəy sorğularından Donald Trampın partiyasının şansı yüksək qiymətləndirilmir:
“Belə ki, sorğular Demokratlar Partiyasının daha üstün mövqedə olduğunu göstərir. Lakin bütün hallarda bunlar yalnız rəy sorğularıdır. Seçkilərin nəticələri səsvermədən sonra bəlli olacaq və bundan sonra real vəziyyət aydınlaşacaq. Nəzəri baxımdan Demokratlar Partiyasının seçkilərdə qalib gələrək hər iki palatada üstünlük əldə edəcəyini ehtimal etsək, bu, təbii ki, Donald Tramp üçün müəyyən çətinliklər yaradacaq.
Hər iki palatada üstünlüyün itirilməsi onun siyasi proseslərdə manevr imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq. Hətta demokratlar Trampın fəaliyyətinə mane olmaq üçün əvvəlki dövrlərdə olduğu kimi, bir sıra hallarda impiçment məsələsindən də istifadə etməyə çalışa bilərlər”.
Politoloq qeyd edib ki, amma Donald Trampın özünün bu məsələyə münasibəti kifayət qədər aydındır:
“Tramp bildirib ki, demokratlar aralıq seçkilərində qələbə qazansalar, növbəti mərhələdə özü veto hüququndan istifadə edəcək. Yəni Konqresdə qəbul olunan qərarlar prezidentin qarşısına gələcək və o da həmin qərarlara veto qoyacaq. Daha sonra danışıqlar aparılacaq və müəyyən razılaşmalar əldə olunacaq. Trampın ehtimal etdiyi ssenari məhz bundan ibarətdir və bu variant ona müəyyən imkanlar yaradacaq”.
Oqtay Qasımov vurğulayıb ki, respublikaçıların məğlubiyyəti Trampın siyasi kursunu dəyişməyəcək:
“Bütün hallarda, hətta aralıq seçkilərində Trampın partiyası, yəni Respublikaçılar Partiyası məğlub olsa belə, ABŞ siyasətində ciddi dəyişikliklərin baş verəcəyini düşünmürəm. Çünki Amerikada siyasət bir şəxslə müəyyən olunmur, sistem çərçivəsində baş verən dəyişikliklərdir. Bu baxımdan, seçkilərdə uğur qazana bilməyəcəyi təqdirdə Tramp müəyyən çətinliklərlə üzləşə bilər. Ancaq bütün hallarda onun siyasətində hansısa ciddi dəyişikliklərin olacağını düşünmək, məncə, yanlış olardı”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: Tramp Oktay Qasımov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 02 Noyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















