Icma.az
close
up
RU
Bəs sabah nüvə müharibəsi başlasa? ŞƏRH

Bəs sabah nüvə müharibəsi başlasa? ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Bayaq "İnstagram"da qarşıma çıxdı: Türkiyəli bir professor danışırdı ki, yaxın zamanda dünyada yeni bir dəhşətli virus yayılacaq, xeyli adam öləcək. Üstündən çox keçmədi ki, saytlardan birində nüvə müharibəsi riskinin artdığını, üçüncü dünya savaşının hər an başlaya biləcəyini oxudum. Bu yazını yazmağa qərar verməzdən əvvəl isə daha dəhşətli məlumatla tanış oldum: dünyanı dəyişirlər, insanlar robotlaşır...

 ...İndi başqa şeydən danışım: İki həftədir ki, dünən rayona getmək barədə planlar qururdum. Hər şey qaydasında idi. Bilmirəm taleyin hökmündənmi, işin tərsliyindənmi gedə bilmədim. Üstəlik, həmin günümü istirahətdə yox, xəstəxanada keçirdim. Mən saydığım saydım, fələk də sözünü dedi.

Məyus oldum. Təkcə ona görə ki, dostlarımla rayona gedə bilmədim. Həm də ona görə ki, planım pozuldu. Qaçhaqovdan macal tapmaq üçün düşən fürsət sağlamlığımla məşğul olarkən "qiymətləndirməli oldum"...

Amma özümə söz verdim: bunu kompensasiya edəcəm. Taleyə qarşı çıxacam, onun məni məyus etməsinə imkan verməyəcəm. Axı buna layiq deyiləm. Əksinə, mən də gülməli, əylənməliyəm. Özü də belə zamanda...

...Dünyada baş verən hadisələr indi bizə adi gəlir. Amma planet gözümüzün qabağında dağılır. Bu həngamənin qarşısını almaq isə asan görünmür. Verilən proqnozlar da bu yöndədir.

Nə koronavirus pandemiyası gözlənilən idi, nə dörd ildir davam edən Rusiya- Ukrayna müharibəsi, nə də burnumuzun dibindəki ABŞ-İsrail cütlüyü ilə İran arasındakı savaş. Günün birində gözümü açacağıq ki, yeni bir müharibə başlayıb, ya da hazırkı münaqişələrə fərqli ölkələr də qoşulub, təzə pandemiya elan olunub və ya ən qorxulusu: Nüvə müharibəsi başlayıb...

Bəlkə də, elə yuxudan dəhşətli səs-küylə oyanacağıq. Ya da...

Yəni bir gün sonuncusu olacaq və bundan sonra daha heç nə əvvəlki kimi olmayacaq. Bu günün nə zaman gələcəyini isə dəqiq bilmirik. Amma yaxınlaşır.

...Elə hay harasa qaçırıq. Tələsirik, bəzən heç səbəbini də bilmədən: Təkcə işə, dərsə yox ha, elə şəhərdə gəzərkən, kimləsə danışarkən tələsirik. Arxamızda qaçanmı var?

Ola bilsin, başa düşürük, hətta özümüzə etiraf etməsək də anlayırıq ki, dünyaya etibar yoxdur.

Məncə, bol-bol, dolu-dola və doya-doya yaşamağa ehtiyav var. Əgər sabah nə olacağını bilmiriksə, istədiyimiz kimi, gecikmədən yaşayaq bu həyatı, gülək, sevdiklərimizi incitməyək...

KƏNAN Novruzov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Mart 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see218

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see207

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see205

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see202

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see194

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see193

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see191

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see186

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see185

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see182

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see181

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see177

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see173

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see173

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see173

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see172

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see169

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see169

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri